Posts Tagged ‘ana -bacı’

Ana – Bacı Söhbəti Edənlərə Müraciət.

03/04/2012

Çox hörmətli ana – bacı söhbəti edənlər, bu müraciətim sizlərədir.

Sizlər olmasaydınız Azərbaycan, indiki Azərbaycan olmazdı. (Daha gözəl yer olardı böyük ehtimal.)

Bizlər (baxın: vətən xainləri, şərəfsizlər, namussuzlar, qeyrətsizlər, xarici dəyirmanlara su tökənlər ə s.), misal üçün, şəhərdə şortiklə gəzəndə gəlib bizə deyirsiniz ki, camaatın anası – bacısı var, olmaz belə. Düzdür, biz çox vaxt sadəcə hə deyib yola veririk sizləri amma olsun yenə də siz  öz missiyanızı yerinə yetirirsiniz, bizi doğru yola səsləyirsiniz.

Bizlər, misal üçün, parkda uzananda gəlib bizi qaldırırsız, camaatın anası – bacısı keçir burdan, olmaz belə ictimai yerdə uzanmaq deyirsiniz. Bir insanın horizantal və ya vertikal vəziyyətdə olmasının ana bacı ilə nə cür bir əlaqəsi  olduğunu bilməsək, başa düşməsək də,  siz yorulmadan hər dəfəsində bizləri doğru yola səsləyirsiniz.

(more…)