Azam Ali – The Hunt

Azam Ali`dən yazmışdım. Dedim yazmışamsa sevdiyim mahnılarından birini də tərcümə edib yerləşdirim bura.
Buyurun, oxuyun, dinləyin və s.

 

Azam Ali – Ov


Gəl çölə gedək
Hansı çöl?
Dovşanlar olanın eynisinə,
Və mənim itimin ayağında kəndir var,
Nə mənim itimi, nə də dovşanımı öldürmə.
Dovşanın xəyalı mənə sevgilimin xəyalını xatırladır,

Gəl dağa gedək
Hansı dağ?
Marallar olanın eynisinə,
Və mənim itimin ayağında kəndir var,
Nə mənim itimi, nə dovşanımı, nə də maralımı öldürmə.
Maralın zərifliyi mənə sevgilimin zərifliyini xatırladır,

Gəl bağa gedək.
Hansı bağ?
Qırqovullar olanın eynisinə,
Və mənim itimin ayağında kəndir var,
Nə mənim itimi, nə dovşanımı, nə maralımı, nə də qırqovulumu öldürmə.
Qırqovulun yerişi mənə sevgilimin yerişini xatırladır,

Gəl quyuya gedək.
Hansı quyu?
Göyərçinlər olanın eynisinə.
Və mənim itimin ayağında kəndir var,
Nə mənim itimi, nə dovşanımı, nə maralımı, nə qırqovulumu, nə də göyərçinimi öldürmə.
Göyərçinin uçuşu mənə sevgilimin uçuşunu xatırladır,

Gəl dağlara gedək.
Hansı dağlar?
Qartallar olanın eynisinə,
Və mənim itimin ayağında kəndir var,
Nə mənim itimi, nə dovşanımı, nə maralımı, nə qırqovulumu, nə göyərçinimi, nə də qartalımı öldürmə.
Qartalın pəncəsi mənə sevgilimin pəncəsini xatırladır.

Etiketlər: , , , , , , , ,

Bir Cavab to “Azam Ali – The Hunt”

  1. Azam Ali – Nami, Nami | Nicat Quluzadə Says:

    […] demişdim. Onun əksər mahnılarını dinləmişəm. Hələ bu yaxınlarda Cavid Qocalı Azam Alinin “Ov” mahnısını tərcümə də etmişdi. Ov bəstəsindən başqa Azam Alinin digər gözəl mahnısı da var. Bu Nami, Nami Adlanır və […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: