Niyə Sual Soruşa Bilmirik?

Bəli, başlığın özü də sualdır. 

Bunun özü vəziyyətin qəribəliyini izah edir məncə.

Keçək əsas məsələyə.

Deməli, Bakıda müşahidə etdiyim əsas problemlədən biri də budur. Mühazirələrdə, konferanslarda və s. elə ki növbə gəlir sual soruşmağa başını götürüb qaçmaq istəyirsən. 

Başa düşə bilmirsən ki, bəs bu insanların məqsədi sual soruşmaqdı ya özünü ağıllı göstərməkdi. Mövzu Afrikadırsa, biri durub bəs Antraktidada vəziyyət necədir deyə sual verə bilər rahatlıqla. 

Sual soruşmaq adıyla söz alan insan elə bir giriş edir ki, elə bilirsən mühazirə yenidən başladı. Lektor mühazirə boyu bir neçə dəfə deyir ki, bəs Afrikada əsasən ikiayaqlı insanlar var, biri qayıdıb rahatlıqla soruşa bilir ki, bəs Afrikada əsasən neçə ayaqlı insanlar var?

Yəni, təxminən belə bir vəziyyətdir. 
Bəs nə edə bilərik?

Bu da bir sualdı. 

Cavabı yəqin ki, ego`ların, gic-gic məqsədlərin kənara qoyulmasıdır. Yəni, hara gəldiyiniz, kimi dinlədiyinizi, nə öyrənmək istədiyinizi, nələrə maraq duyduğunuzu bilməlisiniz. Bunu da sizin yerinizə başqası bilə bilməz. 

Azam Ali`nin İzgrejala mahnısının sözlərinin ingilis dilinə tərcüməsini tapa bilmədim.

Ciddi problemdi.

 

Etiketlər: , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: