Björk Jólaköttinn

Bu mahnının sözlərini daha əvvəl də paylaşmışdım amma original dilində.
Bilirəm oxumamısınız çoxunuz. Özüm də oxumamışam düzü.
Amma qərara gəldim k, tərcümə edim bunu.
Təbii ki İsland dilini bilmirəm və tərcümə də originaldan deyil
İngiliscə variantından tərcümədir.

Mahnını dinləyərək oxusanız daha maraqlı olar həm.

Yeni İl Pişiyi

Yeni il pişiyini bilirsən
-çox böyükdü o pişik
Onun hardan gəldiyini bilmirik
Və hara gedəcəyini də

O gözlərini genişcə açdı
Hər ikisi parıldayırdı
onlara baxa bilmək
qorxaqlar üçün deyildi

Onun tükləri iynə kimi itidi
onun kürəyi hündür və əzəmətli idi
və onun tüklü pəncəsindəki caynaqları
gözəl bir mənzərə deyildi

Buna baxmayaraq qadın mübarizə apardı
Yelləmək və görmək və fırlatmaq
Və rəngli paltarlar toxumaq üçün
Və ya balaca bir corab

Gəlib uşağa çata bilməyən
Pişik üçün
Onlar yeni paltarlar əldə etməlidirlər
Daha böyüklərdən

Yeni il ərəfəsi işıqlandıqda
pişik içəriyə baxdı
Uşaqlar düz və yanaqları qızarmış halda
Öz hədiyyələti ilə birlikdə dayandılar

Biz onun güclü quyruğunu yırğaladıq
O oppandı,cırmaqladı və partladı
Və, ya vadidə idi,
Ya da sahibsiz torpaqlarda

O ac və alçaldılmış halda gəzişdi
əzabverici yeni il qarında
və qəlbləri qorxu ilə alovlandırdı
hər şəhərdə

Əgər çöldə biri zəif bir “myav” eşitsə
Bir bədbəxtliyin olacağından əmin olurdu
Hamı bilirdi, o insan ovlayır
Və siçan istəmir

O, yazıq insanları izləyir
Yeni ilə yaxın heç bir yeni paltar
ala bilməyənləri və pis şərtlərdə
yaşamağa çalışanları

O, bunlardan, eyni zamanda
Bütün yeni il yeməklərini də aldı
Və yedi onları və özlərini də
əgər bacarsa

Buna baxmayaraq qadın mübarizə apardı
Yelləmək və görmək və fırlatmaq
Və rəngli paltarlar toxumaq üçün
Və ya balaca bir corab

Bəziləri önlük əldə etmişdi
Və bəziləri də yeni ayaqqabı
Və ya başqa lazımlı şeylər
Amma bu yetərli idi.

Pişik heç kimi yemirdi
Kimlərin ki yeni paltarları var
O öz iyrənc səsi ilə fısıldadı
Və qaçıb getdi

Əgər o hələ də mövcuddursa, bilmirəm
Amma onun gəlişinin heç bir məqsədi olmayacaq
əgər hamı yeni nələrsə alsa
gələcək yeni il üçün

Bunu xatırlamaq istəyərsən
əgər ehtiyac olsa kömək etmək üçün
hardasa uşaqlar olan yerdə
hansı ki heç nələri yoxdu

Bəlkə də bu əziyyət çəkənlər üçündür
Bol işığın yoxluğundan
Sizə xoşbəxt fəsil bəxş edəcək
Və yeni iliniz mübarək.

Bir şeyi də qeyd edim, bu qədər haqq hesabın gerçək səbəbini də yazmaq istəyərdim, amma özümüsensuram imkan vermir.Bəlkə yazdım bir gün.

Etiketlər: , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: