Birlik Üçün Oxu ???

Dəqiq bilmirəm problem sizdədi ya məndə. Zövqlər müxtəlifdi deyib məsələni kökündən həll etmək olar əslində amma etmirəm.
Bu, “Birlik üçün oxu” layihəsinin mahnısını açdım və cəmi 1 dəqiqəsinə qulaq asa bildim, o da özümü məcbur edərək.

Bilirəm, deyəcəksiniz ki, çoxluğa qarşı çıxmaq, küləyə qarşı işəmək zad, amma inanın deyil. Mən də sizin kimi, bunu sevməyə çalışdım ciddi cəhdlə, amma alınmadı ki alınmadı.

İndi isə, səmimi və konkret sual verirəm sizə.
Ciddi şəkildə bəyəndiniz o videonu? Nəyini bəyəndizin, necə bəyəndiniz?
Deyin bizim də xəbərimiz olsun.

Problem mahnıda da deyil. Gözəl mahnıdı bu.

Mən sizi başa düşə bilmədim, siz də məni anlamayacaqsınız yəqin ki.

Son olaraq bir şeyi də qeyd edim. Gördüyünüz kimi video`nun ideyası, verdiyi, vermək istədiyi mesajlar haqda heç nə demədim, siz də nolsun ki, vermək istədikləri mesaj belə idi, elə idi deməzsəniz sevinərəm.

4 Cavab to “Birlik Üçün Oxu ???”

  1. Nəriman Says:

    bilirsen birinci cumelede yazlian zovqler muxtelifdi frazasina qosuluram ve hec de etnikadan daha yaxsi ifa edibler iddiasinda da deyilem (onu da qeyd edim ki etniaknin ifasina cox cox evvel dinlemisdim ve de cox xosuma gelmisdi)eyni zamanda bunun benzeri hetda eynisi turkiyede doga icin cal qrupmu deyim herekatmi deyim bilmirem qisacasi onlar terefinden artiq heyata kecirilib demeli original idea da deyil amma nese de var birden bire moskva yaranmir yavash yavsh pis yaxsi bir seyler yaranir buna gore mence qamcilamaqa deymez ..

    • Cavid Qocalı Says:

      Doğa için çal layihəsi də ABŞ`da yaradılıb hər yerə yayılmış Playing For Change`dən götürülüb, yəni plagiat deyil məncə, hər ölkə təxminən bənzər adla etməyə çalışır bunu.
      Sadəcə digərləri bu qədər sıxıcı olmur məncə. Problem də bu sıxıcılıqdadı.
      Amma məsələ başqadı məncə. Burda əsas məsələ fərqli janrlarda, fərqli yerlərdən eyni mesaj vermək olmalıdı amma bizimkində aşağı yuxarı eyni tonda, tərzdə və yerdə oxuyurlar elə.

  2. Semmi Says:

    Məsələnin maddi yönünü də düşünün xahiç edirəm… Heç bir maddi yardım almadan olunub bu.. Ümid edirəm ikinci daha yaxşı alınacaq.

    • Cavid Qocalı Says:

      Bəxtiyar Hacıyev deyib ki, Britaniya səfirliyi təxminən 1500 manat pul verib bu layihəyə amma pulun çox az hissəsi bura xərclənib, alınan pulun əsas hissəsi də müsbət dəyişiklik təşkilatı üçün (ofis icarəsi) xərclənib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: