“Azərbaycan 2013: sağ və sol baxış” haqda.

Deməli belə.
Qıt bir ölkədə yaşayırıq. Başqa ölkələr üçün çox normal, bəzən isə artıq heç bir əhəmiyyəti olmayan hadisələr bizlər üçün önəmli, vacib ola bilir.

16 fevralda təşkil olunan “Azərbaycan 2013: sağ və sol baxış” adlı mühazirə və ya müzakirə də bu tip bir hadisə idi.
Nida`nı təbrik etmək lazımdır. Təşkilatçılığa görə. Önəmli və lazımlı addım idi. Həm də, bir ilk idi bizim üçün.
Bir-birindən çox uzaqda olan düşüncələrə sahib insanların bir araya gəlməsi və bu cür müzakirələr aparması bir çox ölkə üçün hələ də əlçatmazdı.

Problemlər də vardı, təbii ki.

Moderator təcrübəsiz idi və lazımı yönləndirmələri edə bilmirdi. Ona görə də, tez-tez mövzudan uzaqlaşmalar olurudu. Məncə müzakirənin sakit keçməsinin əsas səbəbi tərəflər oldu, biraz gərginlik olsaydı moderator nəzarəti tamam itirəcəkdi.
Sual – cavab hissəsi də idarə oluna bilmədi. Bəziləri 2-3 sual verərkən, heç sual verə bilməyənlər də oldu. Suallardan əvvəl uzun-uzadı və çox vaxt lazımsız girişlərə müdaxilə edilməli idi. Lazımsız vaxt itkiləri olurdu. və s.

Amma ümumilikdə bizdə sual vermə mədəniyyəti yoxdu. AFU və bənzəri tədbirlərdə də bunu görürük. İnsanlar mühazirədə suallarının cavabı səslənibmi deyə baxmırlar, evdə planladıqlarını soruşurlar eləcə. Çox vaxt sual soruşmaqdan daha çox, baxın mən də nələrsə bilirəm, ağıllıyam və s. deyilməyə çalışılır. Ya da, sualı ünvanladıqları insanı “sındırmaq”, onların heç nə bilmədiklərini göstərmək və s.
Cavab verənlər də sual ətrafında çox gəzirlər, geniş cavablar verməyə çalışırlar, afrikanı soruşanda cavaba asiyadan başlayırlar. Əslində fikri izah etmək, dinləyicilərin bilik səviyyəsi və s. bu vəziyyəti zəruri edə bilər amma yenə də çox ümumiləşdirmələr edilir.

Ümumilikdə isə yaxşı və lazımlı hadisə idi.

Etiketlər: , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: