erməni düşmənçiliyi (qısa yazı)

modern dövlət (nation state) öz ərazisində yaşayan insanları idarə etmək üçün 2 yol seçə bilər. 1 – ortaq keçmiş, mədəniyyət və s. kimi faktorları önə çıxardaraq millət bilinci formalaşdıra bilər. 2- hər hansı başqa millətə, etnikə düşmənçilik üzərində millət formalaşdırma yolunu seçə bilər.

birinci inkişaf etmiş ölkələrin seçdiyi yoldur, ikinci isə bizim kimi ölkələrin, yəni geridəqalmış ölkələrin üstünlük verdiyi yoldur

1993 ilindən bu yana azərbaycanlı adlı millətin inşasını erməni düşmənçiliyi üzərində qurmağa çalışırlar, bu da xəstə toplumun yaranmasına gətirib çıxarır. irqçilik adi və qəbulolunan hal olur. irqçiliyə qarşı çıxışlar isə vətən xainliyi ilə eyniləşdirilir. insanlar hərhansı bir etnikin adını söyüş olaraq qəbul edir. kiv`lər gecə gündüz açıq şəkildə irqçilik edir. bu səbəbdən də toplum xəstə olur. qulaq kəsməklər, kitab yandırmaqlar və bənzəri hadisələr, Milli Məclisdəki irqçi qışdırtmalar çox normal qarşılanır. 

Əkrəm Əylisli də nə yazmağından, necə yazmağından asılı olmayaraq bu prosesin qurbanıdı. yazar necə xəstə bir toplum olduğumuzu gözlər önünə sərdi bir daha. 

uzun sözün qısası. başqa millətə düşmənçilik üzərində inşa edilən millət və ya toplum heç vaxt ciddi şəkildə inkişaf edə bilməz. ermənilər olmasa azərbaycanlılar da mövcud ola bilməz bu vəziyyətdə.

 

təhlükəli vəziyyətdəyik.

 

Etiketlər: , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: