Gözəl günlərin (yəni Bakıda olmadığım) birində bir türkiyəli dostumla İrem Sak haqda söhbət edirdik. Nəsə söhbət gəldi çatdı İrem`in Beyaz Show`a qonaq olmağına . Dedim ki bəs qulaq asdın, orda mahnı da oxumuşdu. Və başladıq mahnını yadımıza salmağa çalışmağa. Alınmırdı. Dedim, dayan deyəsən melodiyası yadımda düşdü. Sözleri unutdum, ezberim yok ki, burayı böylece geçelim bari. Melodiya ilə oxudum bu sözləri. Və türkiyəli tanışım mahnının originalını xatırladı.
Sonra isə dedi ki, bəs bu necə olur ki, mahnının original sözləri yadında qalmır, amma İrem`in uydurduqları yadında qalır?
Nə bilim, İrem Sak başqa aləmdi. Qırmızı saç.
Melis Danişmend də başqa aləmdi. amma o qadında sırf yaradıcılıqdı.
İrem isə lap başqa aləmdi.
Misal üçün, hər ikisi də ictimai nəqliyyatdan istifadə edir, bu qadınların.
p.s. Mahnı sözləri yadından çıxır İrem`in canlı yayımda və yuxarıda yazdıqlarımı oxumağa başlayır o an. Youtube`da axtarsanız tapa bilərsiniz.
Etiketlər: Beyaz Show, Melis Danişmend, Sürünüyorum, İrem Sak
03/02/2013 tarixində, saat 02:13 |
axtarsaniz taparsiniz yox, link goymag lazimdi))
03/02/2013 tarixində, saat 02:14 |
Buyur 🙂 http://www.youtube.com/watch?v=6qWug9im1rg