Xeyir ola e, İsrailin nüvə silahı ola bilər amma İranın yox?

Azərbaycandakı insanların çoxunda, mən hər şeyi bilirəm xəstəliyi var (düzdü bu bütün dünyada belədi amma hələlik dünyanı bir kənara qoyaq).
Hamı qlobal siyasətdən, beynəlxalq münasibətlərdən, hegemonyadan, sistemdən və s. saatlarca danışa bilər.
Düzdü bu insanların danışdıqlarının çoxu boş və manasız olur ama olsun yenə də danışırlar.
Bu söhbətlərdə keçən, sanki əzbərlənmiş cümlələrdən biri də “Xeyir ola e, İsrailin nüvə silahı ola bilər amm İranın yox?” cümləsi olur. Bu cümlə üstünə xeyli də danışarlar, sistemin ədalətsizliyindən, güclünün gücsüzü əzməsindən və s.
İsrail lobbisi ilə başlayan cümlələr onların arxasında Amerika var ilə bitir.
Və beləliklə həyat davam edir. Heç kim də qalxıb demir ki, yox bu belə deyil elədi və s.

Deməli belə, 1970-ci ildə qəvvəyə minən NPT adlı bir qanun var. Nüvə sliahlarının yayılmasının qarşısını almaq haqda qanun.
Bu qanuna əsasən 5 ölkə (ABŞ, Çin, Fransa, Rusiya, İngiltərə) nüvə silahına sahib olan ölkələr olaraq qəbul edilir, digər dövlətlər isə buna sahib olmayacaqlarına razılıq verirlər. Təbii ki, qanuna tərəf olan dövlətlər.
Misal üçün Pakistan, Hindistan, İsrail bu qanuna tərəf deyillər və nüvə silahları var, niyə nüvə silahları var sualını vermək haqqı da heç kimdə yoxdu.
İran isə Şah dönəmindən bu qanunu qəbul edib. Ona görə də, pacta sunt servanda`ya (latıncasını yazanda daha havalı olur🙂 , imzaladığın qanunlara, müqavilərərə əsasən qəbul etdiyin öhdəliklərin yerinə yetirilməsi məcburiyyəti kimi bir şeydi) ya əsasən İran nüvə silahına sahib ola bilməz. Bu səfər siz, bildiyiniz bir şey varsa, qalxıb clausula rebus sic stantibus`a(latınca yazmaqda israr edirəm🙂 , şərtlərin dəyişdiyi üçün əvvəlki öhdəliklərin olmadığı mənasına gələn bir ifadədi) görə artıq Şah rejimi yoxdu və s. deyə bilərsiz. O zaman da sizə İran xarici işlər nazirinin daha bir neçə ay əvvəl, biz NPT`yə və onun öhdəliklərinə əməl edəcəyik, dediyini xatırlatmalı olaram.
Yəni ki, uzun sözün qısası, İsrailin nüvə silahına sahib olması, İranın isə olmaması NPT`lik bir vəziyyətdi. İran özü buna tərəf olub, İsrail isə olmayıb. İranın nüvə silahı ola bilməz, İsrailə isə heç kim niyə NPT`yə əməl etmirsən və s. deyə bilməz.

Yəni, xəbəriniz olsun🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: