Bağışla, Gələ Bilmədim… İmza: Azərbaycan

2010 cu ilin 28 mayında hər il olduğu kimi Rəsulzadə`nin məzarı ziyarət olunmuşdu Ankara`da.
Bu tarixdəki ziyarədə belə bir şüar var idi.  Tam olaraq şüar da deyidi əslində.  Belə nir yazı desək ən doğrusu olar.

Bağışla, Gələ Bilmədim… İmza: Azərbaycan

Bu şüar, ifadə, yazı, artıq adına nə deyirsiniz deyin, hər şeyin izahı və təsviri oldu sanki.
O tarixdən sonra ən çox istifadə edilən, ən çox paylaşılan ifadə oldu.
Ən azından Ankara üçün bu belə oldu.
Ondan sonrakı illərdə ifadənin daha yekə formasını hazırladıq və ondan istifadə etməyə başladıq.
Bu sözlərin fikir sahibi də Ankaradakı tələbələrdən biri idi.

Bura qədər hər şey normaldı.

 

Azadlıq Radisosunun “Bağışla, Gələ Bilmədim… İmza: Azərbaycan” başlıqlı xəbəri oxuduqda isə …

Xəbəri oxuduqda çox asanlıqla belə anlaşılır ki, Zaur Əkbər, Vətəndaş Koalisiyası adı altında Bakıdan Ankaraya gəldiyimiz zaman bu şüarı seçmişik özümüzə.

Şüar sadəcə müəllifə aid olan bir şey deyil, təbii ki hər kəs istifadə edə bilər amma təbii ki, sahiblənməmək şərti ilə.

Amma problem orasındadır ki, xəbərin səsli versiyasını dinlədiyimiz zaman başa düşürük ki, Zaur Əkbər əslində bunları deməyib, sadəcə olaraq Məzarlıqda belə bir şüar da var idi deyib.

Təbii ki, Zaur Əkbər`in dediklərində də yanlışlar var idi, misal üçün 300 nəfər insandan söhbət gedə bilməzdi, 100 nəfər ola ya olmazdı bu ilki ziyarətdə. Ən mütəşəkkil ziyarət də deyildi bu. 2008 və 2010 cu illərdəki ziyarətlər daha mütəşəkkil idi.  Türkeşin məzarı orda deyil və s. (Sonuncusinun texniki səhv olduğunu düşünürəm)

İndi isə belə bir sual yaranır.
Azadlıq Radiosunun nəyinə lazımdır bu təhrif? Onsuz da az sayda olan güvənilir media qurumlarına da güvənin ölməsi nəylə nəticələnəcək?
Alternativ olma iddiasında olanların bu cür yanlışlara yol verməsi nə deməkdir?
Yəni he mi alternativ yoxdu?

Etiketlər: , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: