Ana – Bacı Söhbəti Edənlərə Müraciət.

Çox hörmətli ana – bacı söhbəti edənlər, bu müraciətim sizlərədir.

Sizlər olmasaydınız Azərbaycan, indiki Azərbaycan olmazdı. (Daha gözəl yer olardı böyük ehtimal.)

Bizlər (baxın: vətən xainləri, şərəfsizlər, namussuzlar, qeyrətsizlər, xarici dəyirmanlara su tökənlər ə s.), misal üçün, şəhərdə şortiklə gəzəndə gəlib bizə deyirsiniz ki, camaatın anası – bacısı var, olmaz belə. Düzdür, biz çox vaxt sadəcə hə deyib yola veririk sizləri amma olsun yenə də siz  öz missiyanızı yerinə yetirirsiniz, bizi doğru yola səsləyirsiniz.

Bizlər, misal üçün, parkda uzananda gəlib bizi qaldırırsız, camaatın anası – bacısı keçir burdan, olmaz belə ictimai yerdə uzanmaq deyirsiniz. Bir insanın horizantal və ya vertikal vəziyyətdə olmasının ana bacı ilə nə cür bir əlaqəsi  olduğunu bilməsək, başa düşməsək də,  siz yorulmadan hər dəfəsində bizləri doğru yola səsləyirsiniz.

Saçlarımız uzun olduğu zaman bizləri öz nəzərləriniz ilə ictimai qınaq obyektinə çevirirsiniz.

Yazılarımızda söyüş olduğu zaman, söyüşdən istifadə edərək söyüşün necə pis şey olduğunu, bu yazılanların başqalarının ana – bacıları tərəfindən də oxunma ehtimalının olduğunu (ana – bacılar bunları oxuduğu zaman sadəcə bizim söyüşləri görürlər, ana – bacı söhbəti edənlərin söyüşləri onlar üçün görünməz olur.)  izah edirsiniz bizə. Nolsun ki, biz yenə də eyni poxları yazmağa davam edirik, əsas odu siz lazımi xəbərdarlıqları edirsiniz. (Lider əksər ailələrin tv izlədiyi bir saatda porno yayımlamasına səs çıxara bilməməyiniz də  böyük dərd deyil. )

Yuxarıdakılara bənzər bir çox halda, (sırğa, piercing və s.) siz qətiyyətlə bizi doğru yola səsləyirsiniz.

Bir sözlə, imkan vermirsiniz yaşayaq. Ömrümüzə paz qoyursunuz.

Nə isə, keçək sözümüzün mustafasına, bu qədər mus – mus bəs edər fikrimcə.

Əslində çox vaxtınızı almaq fikrim də yoxdu.

Sadəcə vaxtınız olsa bu videoya göz gəzdirin bir.

(Bu tip videolar çoxdu əslində, sağolsun sökümət bu aralar yaman iş başındadı. Hər gün bir yer sökülür və demək olar ki hər yerdəd də buna bənzər hadisələr yaşanır. Amma hadisə haqda fikir sahibi olmaq üçün bir video da bəs edir.)

Siz bütün Azərbaycanın ana – bacıları qarşısında məsuliyyət daşıyırsınız. Gecə – gündüz ancaq onları düşünürsüz.  Elə düşürəm ki, videoda gördükləriniz də o qrupa daxildi. Bəs hardasınız siz? Niyə ən az bizə qarşı etdiyiniz ana bacı söhbətinin yarısını bunlara qarşı etmirsiniz?

Hara yoxa çıxmısınız? Niyə səsiniz çıxmır,  əlinizə təsbeh alıb bunlara da həyatı başa salmırsınız? Nolub ala sizə?

Yoxsa sərf eləmir burda həmən söhbətlər, Liderdəki pornolar kimi görməzdən gəlmək ən yaxşısıdı?

Dərd eləməyin siz bunları, əsas şəhərdə şortik geyinənlərdi, uzunsaçlılardı və s.

P.S. Ey hörmətli ana – bacı söhbəti edənlər, dediklərimə qarşı duyğularınızı, düşüncələrini rahat şəkildə (söyüşlə olsa belə)  ifadə etməkdən, yorum olaraq yazmaqdan çəkinməyin. Nə də olsa sizin ana – bacı deyə adlandırdığınız qrup sizin yorumlardakı, ifadələrinizdəki söyüşləri görmür🙂

Etiketlər: , , , , , , , , , , , ,

4 Cavab to “Ana – Bacı Söhbəti Edənlərə Müraciət.”

  1. Grandiosek Says:

    Əjdahasan!)

  2. Orkhan Teymur Says:

    alqiwlayiram QAQA ela yazidir.bezen bezi yerlerde etik normali mecburen qorumaliyiq.

  3. RamilyaAliyeva Says:

    Devrim kendi ruhumuzdan bashlayir…

  4. Liderchi Says:

    umumilliliderimizin yolunu davam elətdirdiyin üçün sənə təşəkkürümüzü bildiririk

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: