Camal`a

Keçən ilin yanvarında Azər Cırtdan konser üçün Ankara`ya gəlmişdi. Camal da gəlmişdi Azər`lə.

O zamanlar Camal`ın Etiraz mahnısı ortaya çıxalı çox olmamışdı.

Konserdə də oxumasını istədik Camal`dan o mahnını, təbii ki.

O da sağolsun oxudu.

Mahnıda belə bir hissə var idi:

Bizim ordu gənclərin beyinləri ilə silahlanıb

Sizin ordu qəhbəlik və oğraşlıqla.

Mahnının bu hissəsində Camal cümlədəki qəhbəlik sözünü işlətmədi. Açığı bir az qəribə gəldi o an mənə. O sözü işlətməmək üçün mənə görə heç bir səbəb yox idi.

Söyüş Haqda olan düşüncələrimi az çox bilirsiz.

bu hadisə mənim yadıma Camal`ın həbsindən 5 gün sonra düşdü deyə indi də yazmaq qərarına gəldim.

Ankara`dakı konserdən 1 il dən çox vaxt keçəndən sonra Camal`ın məhz söyüş`ə görə çıxan mübahisələrin ardından işlətdiyi təhqirə görə həbsi, işgəncə olunması qəribə hisslər yaşatdı mənə.

Burdan Camal`ı təbrik etmək istəyirəm, özünüsenzurada ciddi inkişafa nail olduğuna, mahnılarını canlı konserlərində də olduğu kimi ifa etdiyinə görə.

Özünü qoru, Camal!

P.S. Mitinqdə ilk mübahisənin hansı mahnıdakı hansı sözlərə görə çıxdığını bilmirəm, bilən varsa mənə də desə sevinərəm.

Etiketlər: , , , , , ,

4 Cavab to “Camal`a”

  1. sakinakhalilova Says:

    Burda 1-00 dan mahni ve saire… http://www.youtube.com/watch?v=Weng3-XPnrU&feature=related&noredirect=1

    • Cavid Qocalı Says:

      Bu video`da Camal Rədd Ol mahnısını oxuyur və neçə dəfə dinləmişəm mahnını amma mübahisə yarada biləcək bir söyüş, argo eşitməmişəm.

      • sakinakhalilova Says:

        Her kes eshitmek istediyini eshidir ve gorur… geyretli oqlanlar orda eshitdiyin kimi deyirler ki,ayibdir ve her shey de bundan bashlayib:(( “Ayib nedeir” senin anlaminda ? Bu hagda post yazsan ……………..

      • Cavid Qocalı Says:

        Düzünü desəm, yorucu mövzulardı bu tip mövzular və son dönəmlər buna görə qaçmağa çalışıram bu tip yorucu mövzulardan.
        mübahisə etməyə həvəs olmur adətən🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: