26 fevralda nə etməli?

26 fevral haqda uzun uzadı yazmağa ehtiyac yoxdu fikrimcə
bir tərəfdən də yazılmalı olan çox şey də var bu haqda
bunlar bir yana mən daha çox Türkiyədə 26 fevralda və ərəfəsində Xocalı soyqırımına həsr olunmuş tədbirlər, konferaslar, nümayişlər və s. haqda yazmaq istəyirəm.

2007 ci ilin yanvarında türkiyəli erməni olan Hrant Dink öldürüldü və bu qətlə etiraz edənlər əsasən “Hepimiz Hrantız, Hepimiz Ermeniyiz” şüarından istifadə etdilər.
Eyni şüar bir çox siyasi, ideolojik və s. qrup tərəfindən ciddi tənqidlərə məruz qaldı.

Bu hadisədən sonrakı Xocalı ilə əlaqəli tədbirlərdə də əsas şüarlar təməldə “Hepimiz Ermeniyiz, Hepimiz Hrantız”`ın təqlidi olan “Hepimiz Türküz”, “Hepimiz Azebaycanlıyız” bəzən yanlış olaraq “Hepimiz Azeriyiz” və s.`dən ibarət oldu.

Bununla birlikdə “19 ocakta ne olmuştu” ifadəsinə qarşılıq da “20 ocakta ne olmuştu”, “26 şubatta ne olmuştu” kimi ifadələrdən istifadə edilməyə başlanıldı.
Bunlar da Xocalı Soyqırımı ilə bağlı fəaliyyətlərin təməlində təqlitçiliyin olmasına və geniş kütlələrə xitab edə bilməməsinə gətirib çıxardı.

Təəssüf ki, bu ilki tədbirlər də əsasən “Hepimiz Hocalılıyız” şüarı altında təşkil olunur.

İkinci diqqət çəkən məsələ isə əsasən konferans, panel tərzi anımların xitab etdiyi insanlardır.
Yəni bu tərz tədbirlərdə iştirakçılar əsasən Azərbaycanlı tələbələr, Türkiyədə yaşayan Azərbaycanlılar, Azərbaycan Türkləri və Türkiyədəki millətçi çevrələr olur. Yəni bu tədbirlərdə iştirak edən insanların böyük əksəriyyətinin onsuz da danışılanlardan xəbəri olur.
Yəni bu tərbirlər də böyük kütlələrə xitab etmir, müəyyən bir qrup insanın iştirak etdiyi tədbirlər olur. Beləliklə təbliğatdan daha çox dərləşmə yeri olur buralar.

Bir digər məsələ isə Xocalı ilə əlaqəli tədbirlərin sanki 1915 ci ildə bəzilərinin soyqırım bəzilərinin tehcir dediyi hadisələrə qarşı istifadə edilən bir meydan olmasıdır. Buna son illərdə Fransa`nın bu hadisə və inkarı ilə bağlı qərarları haqda verdiyi qərarlara qarşı fikirlərin, iradların səslənməsini də əlavə edə bilərik.
Bu iki hal da təəssüf ki, Xocalı ilə əlaqəli tədbirləri gerçək mahiyyətindən və hədəflərindən çox – çox uzaqlaşdırır. Əslində Xocalıdan burda çox pis bir formada istifadə edilir deyə düşünürəm

Başqa bir problem də mediadı. Hər nə qədər son illər biraz inkişaf görünsə də, bu tip tədbirlərin mediada işıqlandırılmasına böyük ölşüdə nail oluna bilinmir və bu da geniş kütlələrin bundan xəbərsiz olması ilə nəticələnir.

Maraqlı eyni zamanda təzadlı hallardan biri isə xüsusən mitinqlər haqdadı.
Azərbaycanda faktiki olaraq sərbəst toplaşmaq hüququ təmin olunmur amma eyni insanlar başda ölkələrdə, şəhərlərin mərkəzində, mitinglər təşkil edirlər.
Bu hal, o mitinqlərdə iştiraka əngəl törətməməlidir fikrimcə amma yenə də burada görülən bu səmimiyyətsizlik də öz təsirini göstərmir deyil.
Fikrimcə demokratik bir ölkənin bu yöndə edəcəyi təbliğat, beynəlxalq dəstək çalışmaları daha uğurlu olardı.

Bundan əlavə, kiçik detal olaraq görünsə də, Türkiyə Türkçəsində hazırlanan braşürlər, fərqli yazılar və s.`in də düzgün yazılmış olduğuna diqqət etmək lazımdır.
Misal üçün Hocalı Tedbirleri kimi yalnış ifadələr istifadə etmək olmaz, bu tip yazıları Türkiyə Türkçəsini daha yaxşı bilən insanların hazırlaması faydalı olardı.

Bundan əlavə Türkiyə üçün hazırlanan braşürlərdə, fərqli yazılarda və s. də diqqətli olmaq lazımdır. Bu tip yazıları Türkiyə Türkçəsini düzgün istifadə edə bilən insanların hazırlamasında fayda var. Misal üçün “Hocalı Tedbirleri” kimi yanlış ifadələr olmaz o zaman.
Ayrıca Türkiyə Türkçəsində hazırlanmış bir video da var, həqiqətən də cox sayda yanlışı var videonun səsləndirməsinin və təəssüf ki, əksər yerlərdə o görüntüdən istifadə edilir. Hər yerdə onun göstərilməəsinin səbəbi isə o video`nu Heydər Əliyev Fondu`nun hazırlamış olmasıdır.

Son olaraq, bütün bunlara ümumi bir şəkildə göz gəzdirdiyimiz zaman bəsit də olsa bəzi uğursuzluqların səbəbi görünür deyə düşünürəm.

Etiketlər: , , , , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: