özümlə dialoq

yazax
nədən yazax?

öləy?
yox, ölməklə də bi pox olan deyil deyəsən.

bə nağarax?
bəlkə normal adam olax?

yalannan facebook`da hamıya bir bir doğum günün qutlu olsun, nə bilim 100 yaşa zad yazax?
onsuz da sağ tərəfdə görünür həmən gün kimlərin ad günüdü.

özümüzdən də amerika açmayax

sonra da hamı səni təbrik eləsin
sən də uzağı bir bir sağol yaz, ya da like elə getsin, olmadı bi dənə status yaz ki, hamınızı sevirəm zad. çox sağolun, nə yaxşı ki varsınız, siz olmasanız neyniyərdik zad.

yola verməyin yolları çoxdu şükür.

insanlara özünü olduğun kimi qəbul etdirmək əziyyətindən qurtulax

bekarçılıx?
deyəsən hə.

bəs əlac?
deyəsən yoxdu

niyə?
nə bilim

zarafatsız bəs nağarax?
izlənəcək n qədər film varkən?
oxunacaq n qədər kitab varkən?
görüşəsi olduğun bi xeyli insan varkən?
gəziləcək o qədər yer varkən?

axırıncı sayılmır, pul yoxdu.
olsun ilk 3`ü.

nə bilim.

təslim olax?
başqa alternativ?

yoxdu deyəsən.
məncə də

100 faiz yoxdu başqa alternativ?
səncə?
nə bilim, bəlkə var?

bəlkə

ölək?
o da maraqsızdı axı
əslində maraqlıdı
bir az
xeyli
əslində hə

gedək
hara?
nə bilim
?

bu gün üçün planın?
dünənkinin eynisi
bəlkə bir az dəyişiklik?
səbəb?
insan olmaq
nəyimə lazımdı?

son qərarın?
heç nə daha doğrusu həmşəki kimi
bəlkə bir günlük rolunu ifa edəsən?
nə bilim, olmaz yəqin
niyə?
nə bilim
bildiyin bir şey?
nə bilim?

nəysə onda özün bilərsən
sən kimsən?

Etiketlər: , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: