həyat tərsinə

deməli belə.
əvvəlcə salam, əziz həmvətənlər və həmvətən olmayanlar.
yəni, qısaca hamıya salam.

deməli söhbətə keçmədən onu deyim ki, biraz bu günlərdən yazmaq istəyirəm. yəni işdi şayət birdən maraqlanan olar.
onu deyim ki, dəhşətli dərəcədə bekarçılıqdı, hətta bu bekarçılıq elə frazaya yüksəlib ki, insan bekarçılıqdan heç nə edə bilmir. son günlər bir az kitab oxuma və film izləmə də olmasa lap apar tulla. yəni yarı ölü həyat kimi bir şey.
nə isə bu qədəri bəsdi.

deməli sözüm onda idi ki, bir gün bir video görmüşdüm. maraqlı gəlmişdi. eyni zamanda da bir iki sual yaranmışdı beynimdə.
niyə əsasən çox vaxt qadınlar həlledici məqamda ilk addımı (və ya son addımı) qarşı tərəfdən gözləyirlər?
niyə görə konkret iş bölgüsü, həyat bölgüsü, missiya bölgüsü yaradılıb ki cinslər arası.

yəni ki, ən bəsitindən misal üçün evlənmə təklifini qadın etsə dünya dağılmaz ki?
misal üçün qadın hər zaman kişidən surpriz nə bilim nə gözləyir. bu təbiidir. bəs tərsi necədi sualını verirmi özünə?

yəni ki, qarşı tərəfdən çox şey gözləmək lazım deyil istədiyin hər nədisə onu etmək lazımdı.

yəni ki, bir qadın indi işdi şayət bir kişi ilə evlənmək istəyirsə, min cür eyhamla kişini ona bunu təklif etməyə məcbur etməkdənsə birbaşa təklifini etsə dünya dağılmaz.

uzun sözün qısası, mus mus deməkdənsə mustafa demək olar qısaca.

hə, bu da o sözügedən video.

mustafa demişkən, qanturalı`nın mustafasını da oxudum bu günlərdə.
belə ortabab kitab idi, hərşeydən biraz var idi romanda. maraqlı faktlar da varıydı.

Etiketlər: , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: