Kİtab Haqda

Deməli belə.
Kitab, kitabların oxunması, kitab bazarı, kitab qiymətləri və s. haqda yazmaq istəyirəm.

Kitablar oxunmur, Kitabların qiyməti Azərbaycan reallıqlarına görə bahadır, dünya ədəbiyyatından tərcümələr azdır, tiraj azdır və s. kimi problemlər var.
Daha doğrusu bu problemlər qabardılır hər zaman.

Bir – bir bu problemlərə baxaq.

İlk məsələ qiymət məsələsi.
Misal üçün Azərbaycanda kitabların qiyməti təxminən Türkiyə ilə eynidi amma iki dövlətdə insanların gəlirləri arasında ciddi fərq var.
Yəni müqayisə etdiyimiz zaman Azərbaycan`da qiymətlər bahadır deyə bilərik.
Amma bu bahalığın səbəblərinə baxaq.
ƏDV, Kağız, Mətbəə kimi xərclərin çox olması və s. də səbəb ola bilər. Amma fikrimcə əsas səbəb tirajdır. Azərbaycanda bildiyim qədəri ilə kitablar 500 – 1000 tiraj ilə çıxarılır. Bir kitabdan təxminən 2 manat gəlir əldə olunursa bu 1000 – 2000 manat gəlir deməkdir.
Yəni eyni kitab 5000 tiraj ilə çıxsa, bu hadisə qiymətdə ən az bir manat ucuzlaşma deməkdir.
Yəni kitab oxuyan sayı artdıqca qiymətlər ucuzlaşa bilər.
Təbii ki, rəqəmlər dəqiq deyil və təxmini yazmışam.

İkinci məsələ
Tiraj`ın az olması problemi. Fikrimcə heç bir yazar və ya nəşriyyat daha az tirajla kitab nəşr edib daha az gəlir əldə etmək istəməz.
Yəni bu da birbaşa tələbat ilə bağlıdır.

Dünya ədəbiyyatı haqda.
Tərcümələr ya yoxdu, ya da çox gec tərcümə olunur. Bu da kitaba olan tələbatı öldürür.
Hər hansı bir kitab çıxdığı an, həmin kitabın İngilis, Rus, Türkiyə Türkçəsi dillərində olan nüsxələri də ortaya çıxır.
Azərbaycan`dan olan azsaylı oxucuların böyük bir hissəsi də əsasən yuxarıda qeyd etdiyim dillərdə olan nəşrləri tapıb oxuyur. Bir xeyli sonra Azərbaycan Türkçəsinə tərcümə olunduqda isə kitaba olan maraq artıq olmur. Kitabı alacaq olan insanları çoxu kitabı oxumuş olur.
Üstəgəl tərcümədə profesianallıq da başqa bir məsələdir.
Gəlir az olduğu üçün yaxşı tərcüməçilər başqa sahələrdəki tərcümə işləri ilə məşğul olur.
Fikrimcə kitablar tez bir zamanda tərcümə olunsa daha çox satılar. Ayrıca kitabı alacaq insan çox olsa, yəni daha çox tirajla satılsa, tərcümə ciddi bir gəlir mənbəyinə çevriləcək və daha profesianal və keyfiyyətli tərcümələr görəcəyik.

Bu işin də bir ucu yenə də oxucuya, tələbata dayanır.

Online ticarətin yayılması da kitab qiymətlərində ucuzlaşmaya səbəb ola biləcək faktorlardandır.

Uzun sözün qısası. Ölkədəki ilk ciddi problem, son illər nisbətən artım gözə dəysə də, kitaba olan tələbatın azlığıdır, yəni oxucu sayıdır.

Nə isə..

P.S. Bu yazını dünən gecə Facebook`da bu mövzu haqda olan söhbətin xülasəsi formasında yazdım.

Etiketlər: , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: