Cabbar!

10 aydan çoxdur ki həbsdəsən, Cabbar!
Elə də çox şey dəyişməyib bu 10 ayda.

Sadəcə bu 10 ayda Siyasi Məhbusların Simvoluna çevrilmisən, Cabbar!
Azadlığın da simvolu olmusan. Sənin azadlığın hər kəs üçün stimul olub.

Stimul olub amma
Amma bəzən düşünürəm ki, Amnesty kimi təşkilatlar sənin azadlığın üçün daha çox iş görür nəinki biz.
Biz sadəcə yağmasaq da guruldayaq prinsipi ilə yaşayanlardanıq deyəsən.
Bunu hiss etdiyi an da insan nifrət etməyə başlayır özünə, ətrafına, hər kəsə və hər şeyə. Sadəcə tüpürüb getmək istəyir uzaqlara…
Sonra da düşünməyə başlayır ki, axı sən həbsdəsən. Səni orda tək qoyub getmək alçaqlıq olmazdımı?
Bu sualdan sonra insan mübarizə üçün güc tapır özündə az da olsa.
Sənin sayəndə, Cabbar!

Cabbar!
Demək olar ki, heç bir vətəndaşının azad olmadığı məmləkədə həbsdə olmaq, özü də günahsız yerə, çətin olmalıdı.
Biz “azadlıqda” bu gündəyiksə həbsxanalar gör nə gündədir indi…
Amma tək təsəllimiz var. O da sənin inandıqların uğrunda həbsdə olmağındır. Azadlığa olan inamın uğrunda. Gələcəyə olan inamın uğrunda. Azərbaycanın, soydaşlarının daha yaxşı gələcəyi uğrunda.

Ona görə də nə badə başını aşağı salma, Cabbar!
Dik dur.

Qoy səni şərləyən polislər salsın başını aşağı, Azərbaycanın gələcəyini şərlədiyi üçün.
Sən başını dik tut, Cabbar!

Qoy sənə 30 ay iş verən hakimlər utansınlar, sifarişlə işlədikləri üçün. Azərbaycanın gələcəyinə iş verdikləri üçün.

Qoy sənin həbs sifarişini verənlər utansın. Utanmaq hissləri qalıbsa hələ də.

Qoy biz utanaq, Cabbar, sənə sahib çıxa bilmədiyimiz üçün. Hələ də həbsdə olduğun üçün.

Cabbar!
Sən dik dur!

Anan üçün dik dur!
Kiçik qardaşın üçün dik dur!
Bizlər üçün dik dur!
Gözək gələcək üçün dik dur!
Azərbaycan üçün dik dur!
Azadlıq üçün dik dur!

Etiketlər: , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: