Bir Əcaib Məmləkət

Məmləkətdə nə cür insan axtarsan tapa bilərsən yəqin ki.

Siyasi görüşü Bolşevik olub da Müsavata üzv olan insanlar var məmləkətdə.
Bilməyənlər üçün deyim, Müsavat ömür billah gizli, aşkar, xaricdə, ölkədə, silahlı və s. yəni bildiyiniz hər formada Bolşevizmə qarşı mübarizə aparıb.

Millətçi olub da eyni zamanda Yapçı olan insanlar var məmləkətdə.
Bilməyən daha doğrusu görməyən yoxdur yəqin ki, burdakı təzadı..

Eyni zamanda Troçki və Stalini sevən solçu insanlarımız var məmləkətdə.
Bilməyənlər üçün deyim, Troçkinin Stalin tərəfinən öldürüldüyü haqda ciddi iddialar var.

Che`ci Liberallar da az deyil məmləkətdə
Bildiyim qədəri ilə Che əlinə silah alıb Liberla sistemə qarşı savaşıb..

Kəlimeyi şəhadəti bilməyən müsəlmanlar var məmləkətdə.
Bilməyənlər üçün, İslam`ın ilk şərtidi bu.

Özündən başda heç kimin sərbəst toplaşmaq haqqına sahib olmadığını iddia edən demokratlar var məmləkətdə.
Bilməyənlər demokratiyanın nə olduğu haqda bir az araşdırma edə bilər..

Hə, bir də sol idarə etmə şəklini qəbul edən anarşist düşüncəli insanlar da məmləkətdə.
Bildiyim qədəri ilə heç bir idarəetmə sistemini qəbul etmir anarşist düşüncə.

Bunun tərsi də var məmləkətdə, yəni anarşizmi sevən solçular.
Oryentalist düşüncəli şərqlilər də var
Kitab üzü açmayan maarifçilər də
Nə pox olduqlarını bilmədikləri halda ortada sürü halında gəzən insanlar da az deyil
İdealogiyaları sevgililəri ilər birlikdə dəyişən qadınlarımız da az deyil…

Uzun sözün qısası
Bir əcaib məmləkətdə yaşayırıq
Kimin nə zibil olduğu bəlli olmayan bir məmləkətdə..

Deyəsən qurtuluşumuz da yoxdu bu məmləkətdən, cismən nə qədər uzaqlaşsaq da bir formada bağlı qalırıq buralara…

Etiketlər: , , , , , , , , ,

5 Cavab to “Bir Əcaib Məmləkət”

  1. Samir Əsədli Says:

    Bir məmləkətdə Azərbaycan İslam-Demokrat Partiyası millətçilik üçün, Liberal Partiya Turan Birliyi üçün, Sosialist Partiya liberal dəyərlər üçün, Millətçi Demokrat Partiyası Avropa dəyərləri üçün, Kommunist Partiyası demokratik islahatlar üçün mübarizə apardığını deyəndə… axrıda belə olur…

  2. Minaya Says:

    Her ne desen var bu memleketde !

  3. Babek Abdurahmanli Says:

    Ureyimde yigilibda demek istediklerimi dedin Qocali ellerin var olsun…

  4. Emil Baghirov Says:

    Əla! Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan millətçidir. Turan quracam deyir🙂

  5. yagubov Says:

    Dogrudan chox ecaib memleketdir:)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: