Ən Böyük Fəlakətlərimizdən Biri

Bu gün (12 dekabr) çox maraqlı bir gündü.
Mənə görə ümumilikdə günlər önəmli deyil yəni hər hansı bir hadisə sadəcə o günə aid deyil. Sadəcə o günün məhsulu deyil və s.
Bu cür düşünməyimə rəğmən bu gün mənə görə çox maraqlı bir gündü.
Çünki 12 dekabr maraqlı bir təzadı da öz içində yaşadır.
İnsan bilmir bu gün üçün hansı duyğuları yaşasın.

1945`ci il bu gün, Pişəvəri öndərliyindəki Güney Azərbaycan fədailəri çətinliklə də olsa Azərbaycan Milli Hökümətini qurdular. Beləliklə qısa müddətli olsa belə Güney Azərbaycan azadığına qovuşdu. (Bu tarixi hadisə haqda daha ətraflı Samir Əsədlinin blogundakı 21 Azər hərəkatı və Güney Azərbaycan adlı yazıda oxuya bilərsiniz.)
Bu səbəbdən də 12 dekabr`da 21 Azər hərəkatının ildönümü qeyd olunur və qürurla bu hadisə yad edilir.

Amma eyni gün insanlarda qeyri adi bir üzüntü, kədər də olur. Çünki AXC kimi çox yaşamayan Milli Hökümətin süqut tarixi də elə 12 dekabrdı.
Bu səbəbdən də heç kim tam ürəkdən sevinə bilmir bu gün.

1 il sonra eyni gün İran qoşunları Güney Azərbaycanı təkrardan işğal edir və hər işğalda olduğu kimi bu işğalda da qan, ölüm, işgəncə, həbs və s. olur.

Yuxarıda sadaladıqlarım bir işğal üçün təəccüblənəcək hadisə deyillər. Alışmışıq çünki belə şeylərə.

Amma bu işğalda modern dövrümüz üçün çox da alışmadığımız, gördüyümüz zaman təəccübləndiyimiz hadisə də baş verdi.

İşğaldan 5 gün sonra isə Güney Azərbaycan`da nəşr olunmuş bütün Türkcə kitablar, jurnallar və s.Təbrizdə bir meydana toplandı və yandırıldı.

Və beləliklə, millətimiz ən böyük fəlakətlərindən birini yaşadı. Kitab Soyqırımı…

P.S. 2003 cü il idi, prezident seçkilərindən əvvəl mitinqlər olurdu Qələbə meydanında.
O mitinqlərin birində (hansı olduğu dəqiq yadımda deyil) İsa bəy təxminən belə bir söz demişdi: Heydər Əliyev haqda olan bütün məlumatlarda bir saxtakarlıq, müəmma var.Özü haqqında olan heç bir məlumat (doğum tarixi, universitetə qəbulu və s.) dəqiq deyil Biz ümid edirdik ki, heç olmaya vəfat tarixi dəqiq bilinər. O belə dəqiq olmadı…

Foto haqda daha ətraflı məlumat üçün: Toğrul Atabəyin facebook hesabı

Etiketlər: , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: