Sektorlararası münaqişə

Azərbaycanda bekar insan çoxdu, həddindən artıq çox.

Qadağalar ölkəsində yaşadığımız üçündür bu böyük ehimal. İnsanlar nə edibsə, olmaz deyiblər, qadağalar qoyublar, min cür əngəl yaradıblar. İnsanlarımız da ümummilli bekarçılıq hərəkatına başlayıb.

Etiraf edirəm, mən də bu yazını bükarçılıqdan yazıram.

Başqa cür də baxmaq olar məsələyə əslində.
Bir dəli quyuya bir daş atar min ağıllı çıxarda bilməz misalı tək.

Səriyyə adlı titullu milliyətçi(bu necə olan şeydi bilmirəm düzünü desəm), rusdilli, 5 dil bilən, dünyanı gəzib dolaşmış insan Rusya jurnallarının birinə müsahibə verir. Oxumaq lazımdı sadəcə. Çünki izahı mümkün olmayan mövzular haqda çox original fikirlər səslənib yazıda.

İlk olaraq yazını oxuyanda söhbətin hansı ölkədən getdiyi haqda düşünəcəksiniz bir xeyli. Sadəcə və sadəcə sonlara doğru hər şey aydın olacaq.

Şükürlər olsun ki, zara kimi markalar da artıq Bakıda var yoxsa hər dəfə xaricə getməli olurduq alışveriş üçün fikri səslənən zaman.
Millətimin dərdi azarı sadəcə ticarət mərkəzləridi fikri səslənən zaman. Timati, Jay – Z və s. Bakıya gəlib, bircə Lady Gaga da gəlsəydi fikri səslənən zaman. Və s.

Yenə deyirəm sadəcə oxumaq lazımdı yazını.

Millətimizin nə günə qaldığını görmək üçün. Üstəgəl jurnalın iddia etdiyinə görə Azərbaycanın ən prestijli universietinin öndə gələn fakultələrinin birində oxuyan tələbədən gedir söhbət…

Biz, bekar insanlar da başlamışıq bu insanı müzakirə etməyə.
Özümüzə yazığım gəlir əslində.
Səriyyə isə deyəsən özü də bilmədən Azərbaycan gerçəkliklərini yazıb..

P.s. Ən marqlısı isə onsuz da bölünmüş məmləkətin əlavə olaraq dəmir məftillərlə, beton divarlarla Rus və Azərbaycan sektorlarına bölünməsi haqda olan fikirlər idi.

Halal olsun millətimə.

Düzəltmə: “Rus dilində kitab satılan mağaza yoxdu ölkədə fikri səslənən zaman.” cümləsində yanlışlıq var. Daha doğrusu səhv yadımda qalıb işlətdiyi ifadə. Məqalədə Rus dilində kitab satılan mağaza yoxdu deməyib.

Etiketlər: , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: