Yavaş yavaş bölünürük (2009`dan 2011`ə nələr dəyişdi.)

2009 cu ilin 1 oktyabrında metroda gediş haqqları 5 qəpikdən 15 qəpiyə qaldırlımışdı.
Bu ay da 15 qəpikdən 20 qəpiyə qaldırıldı.

Bəs 2 il ərzində nələr dəyişdi, Azərbaycan`da nələr baş verdi?

Nələrin baş verdiyi haqda qısa da olsa fikir sahibi olmaq üçün iki il əvvəlki etirazlar ilə bugünkü etirazları müqayisə etmək lazımdı deyə düşünürəm.

İki il əvvəl hələ sosial media və şəbəkələr bugünkü qədər popular deyildi amma az da olsa istifadə edilirdi. Xüsusən Facebook.

Amma 2009`cu ildəki etirazlar sanki daha yaxşı təşkil olunmuşdu. Daha çox insan qatılırdı etirazlara. Gerçək aksiyalar olurdu və bu aksiyalarda hər təşkilatdan, hər idealogiyadan insanlar qatılırdı.

Təbii ki, o vaxtkı artım metroda ilk qiymət artımı idi, bir anda qiymətlər 3 dəfə bahalaşmışdı və s.
Amma bu o demək deyildi ki, ikinci, üçüncü qiymət artımları etirazla qarşılanmamalıdı, 10 qəpik artıma etiraz etmək olar amma 5 qəpik üçün dəyməz və s.

Bəs o zaman bugünkü sönüklüyün səbəbləri nədir görəsən?

Təbii ki, bu günlər də etirazlar var. Təşkilatlar hələ ki, tək tək buna etiraz edir.
Baykot qərarı var, amma fikrimcə bu təsirli olmayacaq, çünki baykotun təsir günücün olması üçün ciddi qatılım lazımdı. Bizdə isə hələ lazım gəlmək haqda düşünmür deyəsən.

Fikrimcə günümüzdə əvvəlki illərə nisbətən ideolojik bölünmələr daha da dərinləşir. 2009`cu ildə ortaq problem ətrafinda birləşib etiraz edənlər bugün bir yerə toplanmır.
2009 da etirazlarda liberallar, müxalif partiya təmsilciləri, millətçilər, sağcılar, solçular və s. birlikdə iştirak edərkən bu gün bunu gözləmək bir az xəyalpərəstlik olardı.

Bəli artıq Azərbaycanda babat bölünmə var və bu bölünmə çox rahat şəkildə görünür.

Xüsusilə Rafiq Tağı`nın qətlindən etibarən şəxsən mən bu bölünməni çox aydın şəkildə görürəm.

Bu da onsuz da az olan aktiv gəncliyin təsir gücünü, etiraz gücünü bir xeyli azaldır.

Fikrimcə bu günlərdə bunun şahidi olduq, metro etirazlarında.

Bu tendesiya gələcəkdə qarşıdurmalara qədər gedib çıxa bilər.

Və bu da o deməkdir ki, Azərbaycanda ciddi dəyişikliklər əldə etmə şansımız bir xeyli azalır bu parçalanmalara görə…

Etiketlər: , , , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: