Britanyanın Tehran Səfirliyinin İşğalı Haqda Cızmaqara.

Eldar Namazov Azad Fikir Universitetindəki “Milli adət-ənənələr və müasir siyasət” adlı mühazirəsində Tarix heç vaxt təkrarlanmır, ancaq deyirlər o spiral kimi inkişaf edir, yəni yeni bir mərhələdə biz yenə də eyni hadisələri yaşayırıq demişdi.

Bu gün Tehrandakı Britanya səfirliyi önündəki aksiya haqda xəbərləri oxuyanda ağlıma ilk gələn yuxarıdakı fikir oldu. Üstəgəl 1979`cu ildə yenə Tehrandakı ABŞ səfirliyinin işğalı və işçilərinin girov götürülməsi hadisəsi.

Hadisənin qısa tarixçəsi belədir. Britanya 14 noyabrda İrandakı nüvə programının qarşısını almaq üçün yeni sanksiyalar tətbiq etməyə başlayır ABŞ və Kanada ilə birlikdə. Buna qarşılıq da İran məclisi Britanya ilə olan əlaqələri ən aşağı səviyyəyə endirmək və Britaniya səfirini 2 həftə ərzində ölkədən çıxartmaq haqda qanun qəbul etdi və “Anayasa Koruma Konseyi” də bu qərarı təsdiq etdi.
Hətta məclisdəki müzakirələr zamanı da 1979`cu ildə ABŞ səfirliyinin başına gələn hadisələrin təkrarlanabiləcəyi və bənzəri fikirlər səslənmişdi.

1979`cu il 4 noyabrda da İrandakı çevrilişdən biraz sonra Tehrandakı ABŞ səfirliyi işğal olunmuşdu və səfirliyin 52 işçisi 1 ildən çox əsir saxlanmışdı. O vaxt da bunu edənlərin İranın mühavizəkar gəncləri olduğu deyilmişdi, eynilə bugünkü kimi.

Nə isə, uzun sözün qısası, İranda mövcud olan bugünkü sistemin ilk “radikal” deyəbiləcəyimiz addımı bəlkə də elə ABŞ səfirliyinin işğalı olmuşdu. Bu gün də çoxlarının İranda mövcud olan sistemin daha çox varolmayacağı, sonunun yaxınlaşdığı fikrini səsləndirdiyini eşidə bilirik. Britanya səfirliyinin işğalı da bu fikrin təsdiqi olaraq göstərilir həmin insanlar tərəfindən.

İrana hərbi müdaxilənin zəminini hazırlayırlar deyənlər də var amma açığı bu mənə inandırıcı gəlmir, çünki artıq işğal və ya hərbi müdaxilə üçün elə də güclü bəhanəyə ehtiyac olmur, əslində heç vaxt da olmayıb..

Gələcəkdə nə olacaq təbii ki, indidən deyə bilmərik. Sadəcə fikir irəli sürə bilərik, belə ola bilər, elə ola bilər deyə.

Bəlkə də İran İslam Resbuplikasının bir səfirlik işğalı ilə başlayıb digər səfirlik işğalı ilə bitəcək bir ömrü var. Bəlkə də yoxdu və bu hadisə o qədər də ciddi nəticələri olmayacaq hadisədir.

Amma bildiyim bir gerçək var ki, o da Böyük Britanya ABŞ deyil və əlində daha böyük təsir qüvvələri var.

Yaşayaq və görək yaxın gələcəkdə nələr olacaq..

Etiketlər: , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: