Daha bir analoqsuzluğumuz (Rafiq Əliyev vs Lütfizadə)

Xəbəriniz olmamış olmaz yəqin ki. Rafiq Əliyev işdən çıxarılıb. Əslində dastan yazmağa heç ehtiyac da yoxdu, adi bir haldı(daha doğrusu adiləşmiş Azərbaycan faciəsidi) bizlər üçün. Necə deyərlər öyrəncəliyik.
Əslində burda yeni heç nə yox idi, bu hadisəyə etirazlar belə köhnə idi. Alışdığımız qurumlar, insanlar və s.
Bir müddət əvvəl isə AzQosKomediya da bu hadisəyə etiraz etdi amma bir az satirik. Akademik Lütfi Zadə işdən çıxarılıb başlıqlı bir yazı yayınlandı.
Əslində yazıda qeyri adi heç nə yox idi və bildiyimiz normal satira idi. Hadisələrdən az xəbərdar olmaq, blogun adına, məlumatlarına baxmaq xəbərin yazılma səbəbini açıqlayırdı.

Amma bu yerdə Azərbaycan insanı yenə də öz analoqsuz yanaşma tərzini ortaya qoydu. Rafiq Əliyev işdən çıxarılarkən səs çıxartmayanlar, heç nə olmayıb kimi davrananlar bu xəbəri oxuyan kimi başladılar Obama`nı, Masonları, Hegemonik gücləri, Dünya sistemini top atəşinə tutmağa. ABŞ tarixinin ən böyük səhvini edib deyənlər oldu, bunun cavabını verəcəklər deyənlər də.
Bəli ölkədə çox gülməli hadisələr olur. İnsanlarımız etirazlarını hansı formada biruzə etmək barədə çox düşünürlər və ən təhlükəsiz yolları axtarıb tapırlar.
Həmin insanlardan Rafiq Əliyev haqda soruşsanız isə ən yaxşı halda “o kimdi ki?” cavabı ilə qarşılaşarsınız. Dilini dinc saxlayardı da, dövlətlə dövlətçilik etmək olmaz, 92-93 də gəlmişdiz da kimi cavablar da hər zaman rastlaşma ehtimalınız olduğu cavablardı.

Bu hadisə ilə qarşılaşdığımda ilk yadıma gələn şey bizim millətçilərin Türkiyə iqtidarını tənqid etmələri, amma Azərbaycan haqda millətçi həm də dövlətçi olmalıdır kimi gülməli bir fikir irəli sürmələri oldu.
Solçularımızın beynəlxalq kapitalizm ilə, imperializm ilə vuruşması amma Azərbaycan haqda bu bizi maraqlandırmır, biz daha böyük oyunlar oynayırıq demələri də təxminən eyni şeydi.

Nə isə, yenə təkrar edirəm, insanlarımız analoqsuz, təhlükəsi az olan ya da heç olmayan etiraz növləri yarada biliblər. Burada da təməl ideya məndən uzaqda olan hər şeyi rahat tənqid edərəm, istədiyimi deyərəm amma ölkə haqda heç nə etmərəmdir. Çünki yaşadığın ölkəni tənqid etmənin müxtəlif formada təhlükələri var…

Analoqsuzluğumuz mübarək olsun.

P.S. Ümumiləşdirmələr (genellemeler) heç vaxt tam gerçəyi ifadə etməməklə birlikdə hadisələr haqda ümumi fikir yaratmağa kömək edir. Ona görə də burda yazılan hər şey hamıya aiddir düşüncəsindən uzaq olsanız gözəl olar..

Etiketlər: , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: