BMT Təhlükəsizlik Şurası

Çoxlarının xəbəri var yəqin ki. Azərbaycan BMT`nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib.
Bu haqda bir az yazmaq istədim, nə də olsa birbaşa ixtisasımla əlaqəli bir şeydir.
İlk olaraq onu deyim ki, Azərbaycan televiziyalarını izləyirsinizsə və ya heç də ondan geri qalmayan xəbər portallarını onda yəqin ki, belə cümlələrlə qarşılaşacaqsınız:
Azərbaycan xarici siyasətinin daha bir uğuru, analoqu olmayan daxili siyasətin xarici siyasətə təsiri, 1992 ci ildə heç küçəyə də çıxmaq olmurdu və s.

Əgər bu tip cümlələrlə rastlaşırsınızsa onda Allah sizə səbr versin.

Keçək əsas məsələyə.

BMT`nin Təklükəsizlik Şurası 15 üzvdən ibarət əsas organıdır.
5 daimi üzv var və bu 5 üzv hər şeyi həll edir əsas olaraq.
geridə qalan 10 müvəqqəti üzv isə sayçoxluğu yaratmaq və daha demokratik bir qurum olduğunu göstərməkdən başqa elə də bir işə yaramır.

Yəni səsvermələrdə 5 daimi üzvdən biri yox desə, geriyə qalan 14 üzv hə deyirsə belə qərar qəbul edilmiş sayılmır.
Ümumilikdə BMT`nin bütündövlətlərin bərabərhüquqlu təmsile edildiyi bir qurum olmadığının isbatı da elə bu Təhlükəsizlik Şurasıdır.

Təhlükəsizlik Şurası`na müvəqqəti üzvlük hansı avantajlar verə bilər bəs?
Fikrimcə, hal hazırkı vəziyyətdə və bu iqtidar ilə elə də çox şeyə ümid bəsləmək olmaz.
Misal üçün, əminəm ki, Qarabağ probleminin Təhlükəsizlik Şurasında gündəmə gətirilməsi və s. kimi avantajlar olacaq deyənlər də çox olacaq. Məncə isə, onsuz da Təhlükəsizlik Şurası`nın münaqişə haqd a qərarları var və ayrıca bunu etməyi planlayan dövlətin dövlət başçısı BMT`nin Baş Məclisinin builki toplantısında iştirak etməli və bu problemləri dilə gətirməli idi.

Fikrimcə iqtidarın son vaxtlar istifadə etdiyi siyasət bu cür, əslində böyük əhəmmiyyəti olmayan və əldə edilməsi çətin olmayan şeylərlə Azərbaycan insanının başını qatmaqdır:
Eurovision, idman, indiki Təhlükəsizlik Şurasına üzvlük və s. kimi.

Bu qədər…

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: