“Kağıt” və “Eve Dönüş” haqda…

Yazıya başlamadan əvvəl bir şeyi qeyd edim ki, mənim heç bir idealogiya ilə problemim yoxdu. Mənə görə insanlar istədikləri şeyə, istədikləri formada inanmaqda azaddırlar. Öz idealogiyama gəldikdə isə bilənlər bilir, bilməyənlər də kiçik bir araşdırma ilə bilə bilərlər. (Her şeyi devletden beklemeyin🙂 )
Nə isə keçək mövzuya.

Bu yaxınlarda iki Türkiyə filmi izlədim. Eve Dönüş və Kağıt.
İzlədiyim hər iki filmdə də Türkiyə filmlərinə xarakteristik özəlliklərindən (fikrimcə) biri olan solun təbliği ilə rastlaşdım.
Amma fikrimcə bu təbliğat uğursuz alınmışdı. Bu yazını yazmağıma da məhz bu uğursuzluq səbəb oldu böyük ehtimalla

İlk olaraq Eve Dönüş filmi haqda

Film 1980 Hərbi Çevrilişi və ərəfəsində olan hadisələr haqdadı. Daha dəqiq, heç bir şeyə qarışmayan, sadəcə öz yaşamları haqda düşünən bir ailənin yaşadığı problemlər qabardılıb filmdə.
Bura kimi hər şey normaldı, hərbi rejimlərin qəddarlıqları, haqsızlıqları haqda uzun uzun danışmağa heç ehtiyac belə yoxdur.

Amma, bu filmdə məsələ bir az fərqlidir. Filmi izləyən və 1970 – 1980 ci illərdə yaşananlardan xəbəri olmayan bir insanda yaranabilcək fikirlər önəmlidi mənim üçün.
Misal üçün, divarlarda sadəcə “Sol”a aid şüarlar var, həbs olunanlar, işgəncə görənlər sadəcə “Sol” düşüncəyə sahib insanlardı və s.
(“Sol” məhfumu ümumilikdə Türkiyə`də çox fərqli yerlərdə işlənəbilir. Misal üçün heç şübhəsiz “Sağ” partiyaları olan CHP və ya DSP, eyni zamanda Kürd millətçiləri və s. də Türkiyə`də çox rahatlıqla Sol adlandırlıla bilir təəssüf ki. Mən bu yazıda Sol anlayışından daha çox “devrimci” deyə adlandırılan qrupları və qaçınılmaz olaraq bəzi məqamlarda kürd milliytəçilərini ifadə edəcək formada istifadə edirəm )
Nə isə, filmi izləyən adam ölkədə sadəcə Sol`un mövcud olduğunu düşünəbilər çox rahatlıqla. Bundan əlavə, baş qəhraham, heç birşeyə qarışmayan, sadəcə ailəsini maddi baxımdan təmin etmək haqda düşünən bir insanda da diqqət çəkici məqamlar var. Misal üçün, baş qəhrəmanın bığı “Sol”çulara məxsus olan formadadı. “Neytral”
və ya sadəcə öz dərdində olan adam deyə xarakterizə edəbiləcəyimiz bir insanda bu cür bığ həqiqətən də düşündürücüdür. Bu ya rejissorun çox kobud bir səhvidir ya da uğursuz propagandadan başdqa bir şey deyil.
Nə isə, film bu cür kiçik nüanslarla doludur və filmi izləyən hə hadisələrdən xəbərdar olan bir insan bu nüansları çox asanlıqla görür.
Fikrimcə bu uğursuz propaganda cəhdidir və eyni zamanda biraz da tarixi saxtalaşdırmağa yönəlmiş bir addımdır.

İkinci film Kağıt`da isə daha fərqli nüanslar diqqətimi çəkdi.

Film senzura və bürokratiya haqqındadı. Bu iki məhfumun insanın həyatını, sənəti və s. necə qaraldabiləcəyi haqdadı.
Film çox sadə çəkilib və insan filmi izlərkən darıxmır. Texniki səhvləri və s. bir kənara qoysan filmdə diqqət çəkən şey sonluğu idi.
Kağızların (Bürokratiyanın) insanların həyatını necə qaraltdığını göstərmək üçün sonda yanan şəkillər və şəkillərin üstündə “dövlət qurbanları” deyəbiləcəyimiz insanlar.
Şəkillərdə Ruanda`da olan qətliama belə yer verilərkən daha yaxın coğrafyada olanlara ye verilməməsi düşündürücüdür.

Şəkillərə baxdığımda yadıma Türkiyədə baş verən bəzi hadisələr yadıma düşdü. Daha çox universitet mühitlərində baş verən TKP və BDP`yə yaxın tələbələr arasında olan münaqişələr düşdü. TKP`lilər BDP`ni sol adı altında milliyətçilik etməkdə ittiham edirlər, BDP`lilər də TKP`ni eyni şeylə ittiham edir.
Həqiqətən də Türkiyə`də olan bir xeyli “Sol” təşkilat və ya insanların Türk coğrafyasındakı haqsızlıqlara da digərlər hadisələr qədər önəm verməməsi düşündürücüdür…

Nə isə, belə belə işlər. Türkiyə`də çox vaxt olabilir belə hadisələr🙂

Etiketlər: , , , ,

2 Cavab to ““Kağıt” və “Eve Dönüş” haqda…”

  1. sabinavaqif Says:

    Cavid, müqayisə üçün Evə dönüş filminə də bir baxım gərək. İkinci filmlə bağlı səninlə razıyam. Əslində, filmin ideyası çox sadə diləə çəkilib. Bir də kadr olaraq kağızlarla örtülü divarlar və o evin içi çox gözəldi. Lap 25-ci kadrlıq gücü var:)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: