Bəli, Bu gün, o Gündür

Bəli, Bəli.
Bu gün o gündür.
O gün ki, Azərbaycan işğaldan qurtuldu və müstəqilliyini bərpa elədi.

Əslində hər şey bu qədər sadə olmalı idi.

18 Oktyabr 1991 ci ildə Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı lehinə səs verənlər müxtəlif formalarda mükafatlandırılmalı idi.

Bəli, təkrar edirəm hər şey bu qədər sadə olmalı idi.
Amma nə edək ki, ölkəmiz analoqsuzdu..

(18 Oktyabr günü olan səsvermədə kimin lehinə, kimin əleyhinə səs verdiyini, kimin də bitərəf olduğunu bilmək istəyirsinizsə, Samir Əsədli`nin Bloguna göz atın. Bir də təkrardan uzun uzadı siyahını copy past etməyə ehtiyac yoxdu.)

İndi isə keçək ölkəmizin analoqsuzluğuna.

Müstəqillik aktının lehinə səs verən hər bir insan bu və ya digər formada cəzalandırıldı. Hal hazırda o millət vəkilləri arasında siyasi məhbusu da var, ölkəni tərk edəni də, maddi sıxıntıların içində olanı da, satılanı da…
Bəli satılanlar da əslində cəzalandırılmışlardı fikrimcə, çünki yanlış olduğunu bildiyin şeylərin doğru olduğunu demək, başqalarını da buna inandırmağa çalışmaq çox çətin bir şey olmalıdı fikrimcə. Ən azından ilk başlarda, buna alışana qədər əziyyət çəkər insan yəqin ki. Sonunda insan demək olar ki, hər bir mühitə alışa bilən bir varlıqdı.

Bundan sonra başqa bir maraqlı və analoqsuz hadisə də var. 18 oktyabr bayramdı amma iş günüdü. İş günü olması səbəbini isə bayramların yəni qeyri iş günlərinin çox olmasıdır. Bəli qeyri iş günləri çoxdur. Bu qeyri iş günlərinin səbəbi də məhz 18 Oktyabrdır.

18 Oktyabr iş günüdür. Bizim insanlar üçün də bayramların tək əhəmiyyəti bayram günlərinin iş günü olmamasıdır. İş günü olduqdan sonra Azərbaycan insanı üçün bayram heç bayram da deyil. Bu şəkildə də 18 Oktyabr bayram olmaqdan çıxıb, adi gün oldu.
(Misal üçün blogumun dünənki statistikasına görə ən çox “18 oktaybr iş gunüdür, oktaybrın 18-i iş günüdür, 18 oktaybr is gunudu?” və s. olub.)

Beləliklə dövləti var edən(daha doğrusu bərpa edən) Gün, müxtəlif formalarda insanların gözündə dəyərsizləşdirildi.

Yenə də, bütün bunlara baxmayaraq,bayramınız mübarək…
Gələcəyə ümid ilə…

Etiketlər: , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: