avtobus söhbətləri

Avtobusla və ya qatarla uzun yol gedirsinizsə maraqlı insanlarla qarşılaşma ehtimalınız yüksəkdir.
Misal üçün, avtobusla səyahət edənlər hər zaman yanında oturanlarla uzun uzadı, havadan sudan, öz həyatlarından, getdikləri yerdən, işlərindən və s. danışmağı sevirlər. Bir növ ehtiyac da adlandırmaq olar bunu, çünki 30 – 40 saat yol bunlarsız çətin olur.

Bəzən isə insanların sadəcə olaraq bəxti gətirmir.

Hər hansı bir insan yenə eyni ümidlərlə – yanında oturacaq olan insanla uzun uzadə hər şeydən danışmaq ümidi ilə, avtobusa minir və yolculuq başlayır. İlk olaraq isinmə hərəkətləri başlayır. Təxminən bu cür dialoqlar alınır.

– Salam
– Salam
– Hara gedirsən?
– Ankaraya
Daha öncə də bu tip insanlarla qarşılaşdığı üçün tələbə olduğunu təxmin edir.
– Harda oxuyursan?
– Ankarada
– Hansı universitet
– Ankara universiteti
– Fakultən nədi bəs?
– Beynəlxalq əlaqələr.

Təxminən bu cür bir dialoq giriş sayılır əslində. Dialoqu başladan tərəf eyni tipli sualları qarşı tərəfdən də gözləyir və beləliklə söhbətin davam edəcəyini ümid edir.

Təsadüfən eyni sualları eşitmədikdə isə başqa varianta əl atır.
– Hə mən də İstanbula gedirəm
– Hə
– Sədərəkdə bir dükanım var, mal alasıyam İstanbuldan.
– Hə lap yaxşı

Bu cür dialoqun da uzun çəkmədiyini gördükdə isə qarşı tərəf bir növ taleyi ilə barışır və qurtuluşu avtobusdakı başqa insanlarda axtarır.
Daha açıq desək civi tutma mərhələsinə qədəm qoyulur.

Hə, bu arada avtobus hələ ölkəni tərk eləmədən, telefonla danışıqlar da bir alternativdi.
Telefonda qarşı tərəflə sən məni sevmirsən, yox əsl sən məni sevmirsən, sən mənimçün darıxmayacaqsan, yox əsl sən mənimçün darıxmayacaqsan, sən məni sevsən flan şeyi belə etməzdin, flankəsə niyə demisən bizim sevgili olduğumuzu və s. tipli söhbətlər də xəyli vaxt öldürməyə kömək edir.

Nə isə, keçək civi tutma mərhələsinə.
İlk olaraq avtobusa bütövlükdə göz gəzdirilir, hədəflər müəyyənləşdirilir.
İsinmə hərəkətləri başlayır və təbii ki, fasilələr (mola) də çox köməyə yetir.
və necə olursa bir neçə saatın içində bir də baxırsan ki, yanında oturan insan dəyişib, əvvəlki adam artıq civinin yanında çoxdanın tanışı tək oturub və …

Söhbətin davamının necə olduğunu bilmək çox təəssüf ki, mümkün olmur. Çünki hərə bir yerdə düşür və hər kəs həyatına qaldığı yerdən davam edir…

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: