Mən Əclafam

Demək olar ki, Martdan bu yana daha çox Azərbaycanın yeni ədəbiyyatını oxuyuram. Düzü çox maraqlı əsərlər, əsərlərdə çox maraqlı nüanslar çıxır insanın qarşısına.
Əli Əkbər`dən, Seymur Baycan`dan, İlqar Fəhmi`dən və s. oxuyuram əsasən.
Düzü kitabların tirajı, oxucu kütləsi hələ də ürəkaçan səviyyədə deyil amma kiçik də olsa artım gözə dəyməkdədir. Misal üçün uzun illər sonra bəlkə də ilk dəfə bir kitab ikinci dəfə nəşr olunur. Söhbət Seymur Baycan`ın Quqark`ından gedir.

Oxuduğum kitablar arasında ən maraqlısı isə Mən Əclafam idi.

Hər hansı bir şeir kitabını bu qədər maraqla oxuyacağımı, bu qədər axıcılığı gözləmirdim düzü. Müasir yazarlardan tərzini və əsərlərinin axıcılığını ən çox bəyəndiyim yazar Əli Əkbər olsa belə, yenə də bir şeir kitabından bu qədər axıcılıq, bu qədər insanı özünə cəlb etmə gözləmirdim. Kitabı bir neçə saata oxuyub bitirdim.

Səmimi, hər şeyi olduğu kimi izah edən bir kitab idi.

Kitab haqda nəsə oxumaqdansa kitabın özünü oxumağı hamıya ciddi şəkildə tövsiyyə edirəm. Məncə heç kim o kitabı oxuduğuna peşman olmaz.
Kitabı oxuduqdan sonra görəcəksiniz ki, o kitab haqda nəsə uzun uzadı yazmaq yersizdi. Kitabdakı şeirlər hər şeyi öz çılpaqlığı ilə gözlər önünə sərir.

P.S. Bu həftə bloglarda kitab həftəsidir, hamı oxuduğu kitablar haqda blog yazır. Bu yazı da Kitab həftəsinə görə yazılıb.

Etiketlər: , , , , , ,

2 Cavab to “Mən Əclafam”

  1. Etibarli Says:

    eşq olsun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: