İmkan versəydilər, yaşayarıdıq.

Başlıqdakı cümləni oxuyanda ağla gələn ilk fikirlərdən biri “Haqq verilməz alınar” ifadəsi olur. İfadənin böyür başını bir az da düzəldib “Yaşamaq üçün kiminsə imkan verməsini gözləmək olmaz, normal yaşamaq üçün normal mübarizə aparmaq lazımdı” da demək olar asanlıqla.
Düzdür bir az sloqançılıq olur amma olsun, birazdan zərər yoxdu🙂

Nə isə, keçək əsas mövzuya.
Deməli bu parçalanmışlıq ki var çox pis şeydi. Səmimi şəkildə desək, çox qəhbə şeydi bu parçalanmışlıq.
Adam bilmir neynəsin bu halda. Kuzeydən yazanda Quzey qalır bir qıraqda, Quzeydən yazanda da Kuzey. Bir növ qalırsan iki daş arasında. Bilmirsən Kuzeyin avtoritarizmindən gileylənəsən yoxsa Güneyin işğalından.

Təxminən 1 həftədir Güney Azərbaycan`da vəziyyət təkrar gərginləşib. İnsanlar meydanlardadır. Xeyli həbs var. İndiyə qədər alınan məlumatlara əsasən 7 nəfər öldürülüb etirazlarda. Həbs olunanların və yaralıların isə sayı hesabı yoxdur. Təəssüf ki onsuz da qapalı olan bir yerdən bu cür durumlarda informasiya almaq çox çətin olur. Yenə də gunaz.tv , gaip.org kimi mənbələrdən xəbər almaq olur Güneydəki hadislərə haqda. Nə isə.

İnsanlar İran dövlərinin Urmu gölünə olan biganəliyinə xeyli vaxt idi etiraz edirdi. Son olaraq isə Urmu gölü ilə əlaqədar bir qanunun məclisdə qəbul edilməməsi qığılcım oldu. İlk etirazlar Urmu və Təbrizdə başladı və polis vəhşiliyi, insanların öldürülməsi, yaralanması etirazları da genişlətdi. Beləliklə etirazlar bütün Güney Azərbaycanı bürüdü. Bu etirazlar nə gətirəcək, hadisələr hansı formada cərəyan edəcək suallarına cavab vermək isə çox çətindi. Biz isə sadəcə hadisələri uzaqdan izləyə bilirik və ya maksimum burda İran səfirliyi önündə etiraz aksiyası keçirə bilirik. (Bu arada bu gün (31 avqust) saat 12`də Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası olacaq.)

Bu arada, Türkiyə və xüsusən də Kuzey Azərbaycan mediasının bu hadisələrinə biganəliyinə isə sadəcə olaraq şərəfsizlik adı vermək olar…

Nə isə, Güneydə vəziyyət bu cürdü qısacası.

Kuzeydə də o qədər ürəkaçan vəziyyət yoxdu. Xüsusən mart ayından bu yana müxalif düşüncəli insanlara təzyiqlər artıb, 10 larla siyasi məhbus var və s. Müxtəlif dünya görüşünə, idealogiyaya, inanca və s. sahib olan insanlar öz fikirlərini sərbəst şəkildə ifadə etdiklərinə və ya etmək istədiklərinə görə həbs olunurlar, təzyiqlərlə üzləşirlər və s.
Siyasi məhbuslara dəstək vermək də bizim mənəvi borcumuzdur amma burda da əlimizdən çox şey gəlmir. Vaxtaşırı Twitter Facebook kimi yerlərdə virtual aksiyalar keçirilir, beynəlxalq insan haqqları təşkilatlarına müraciətlər edilir və s. (Bu arada bu gün (31 avqust) 5 aydır siyasi görüşünə görə həbsdə olan Müsavatçı Əhəd Məmmədli`yə virtual dəstək aksiyası keçirilir Twitter`də. ” #EhedMemmedli ” hashtag`ından istifadə edərək müxtəlif dillərdə Tweet`lər yazılır)

Nə isə…
Nə qədər də bir birinə dəxlisiz kimi görünsə də, ayrı ayrı mövzular olsa da vəziyyət bu yerdədi. Adam bilmir hansı birinə vaxt ayırsın, hansı biri üçün mübarizə aparsın, necə etsin və s.

Sadəcə olaraq, İmkan versəydilər biz də adam kimi yaşayardıq demək qalır…

Etiketlər: , , , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: