Güney Azərbaycan – Urmu Gölü

2006 cı ildə İran`ın rəsmi qazetlərindən birində Azərbaycan Türkləri təhqir olunmuşdu. Bu hadisədən sonra kütləvi etirazlar başladı və bu etirazlar qanlı şəkildə yatırıldı. 10`larla insan öldürüldü, yaralılar və həbs olunanlar da oldu.
Bir çoxları bu hadisəni Güney Azərbaycanən müstəqillik yolunda yeni bir mərhələ adlandırır. 2006 may hadisələrindən sonra sanki daha planlı və professional etirazlar olur Güney`də.
Daha sonra 2 ilə yazındır Traktor (Təbriz) futbol klubunun 1 ci liqada oynaması və həmən klubun məhşur tərəfdarları da Güney Azərbaycan məsələsinə rəng qatdı.
Urmu Gölü fəlakəti də Günay Azərbaycan məsələsinə diqqəti artırdı.

Bütün bu hadisələr bu günkü etirazların arxa planıdır. Bir neçə gündür və ən əsas da 27 Avqust`da Təbriz və Urmiyə`də geniş etirazlar oldu.
Səbəb İran parlamentinin Urmu gölünün qorunması haqda qanunu rədd etməsi oldu.
Ümumilikdə İran`dan dəqiq məlmatlar əldə etmək çox çətindir.Amma əldə olunan məlumatlara görə etirazlarda polislə qarşıdurma olub və xeyli həbs olunan və yaralanan var. Hətta bir insanın öldürüldüyü xəbəri də gəlib.
Sabah üçün isə (bu gün) daha böyük etirazlar gözlənilir. Və bu etriazların Təbriz və Urmiyədən başqa Ərdəbil, Sulduz, Qoşaçay və s. kimi şəhərlərə də yayılacağı gözlənilir.

Çox təəssüf ki, Azərbaycan və Türkiyə mediası ümumilikdə bu mövzuya çox biganədi. Təbii ki, bu da Güney Azərbaycan`da yaşananların daha geniş kütlələrə çatdırılmasında önəmli maneələrdən biridir.

Yaxın günlərdə nələrin baş verəcəyini, etirazların nə ilə nəticələnəcəyini və s. isə zaman göztərəcək.

Etiketlər: , , , , ,

2 Cavab to “Güney Azərbaycan – Urmu Gölü”

  1. Naib Says:

    Sağ ol Cavid.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: