yarımçıqlar

Bəy`in vəfat ildönümünün üstündən 5 gün keçib demək olar ki. 22 avqustda bir çoxları yazdı Elçi Bəy haqda. Mən də yazmaq istədim sözün açığı amma yaza bilmədim. Daha doğrusu necə başlayacam, nələrdən yazacam bilmədim. Sadəcə sonunu “11 ildir ki, Elçi Bəy yoxdur və Azərbaycan hələ də nə bütöv nə də demokratik deyil” deyə bitirmək istəyirdim. Nə isə alınmadı yazmaq.

Daha sonra dünən bir tanışın öz doğum günündə yazdığı yazını təkrar oxudum. Sadəcə Facebook`da dostlarının görə biləcəyi formada “Note” olaraq paylaşılan yazıdı deyə böyük ehtimal heç kim oxumayıb o yazını və ya çox az adam oxuyub. Yazıda demək olar ki, əlaqəsiz cümlələr yazılıb amma çox əcaib formada harmoniya var. Həmən yazıda “ yaxşı ayaqqabılar insanları yaxşı yerlərə aparar” deyə bir alıntı da var idi, Koreya filmlərinin birində deyilib. Bu sözlərdən sonra mən də öz ayaqqabıma fikir verdim və gördüm ki, indiki ayaqqabım ilə təxminən 10 min km yol getmişəm. Bəlkə də daha çox. Səmimi etiraf edirəm bu ayaqqabını alanda ilk dəfə idi ki, ayaqqabı seçərkən simiclik etmədim. Nə isə, bu yazıya oxşar bir yazı da yazmaq istədim, təbii ki, sonra plagiat olduğunu da etiraf edəcəkdim. Bir biri ilə əlaqəsi olmayan şeylərdən yazacaqdım amma yenə yazmadım niyəsə.

O gün də yağışda islandım bir az. Yağışı sevirəm, 5 ildən çoxdur ki çətirdən istifadə etmirəm və s. Bakıda demək olar ki ancaq yay aylarında oluram deyə yağışa da az rast gəlirəm burda. Düzü palçıq, sir zibil və s. səbəblərdən yağışda daha dözülməz olur bu şəhər. Etriaf edirəm ümumiyyətlə zəhləm gedir mənim Bakı`dan. Nə isə yağış yağanda bir an düşündüm və belə bir cümlə keçdi ağlımdan. “Əgər uzun müddətdir eyni şəhərdə yaşayırsınızsa və bu şəhərdən bezmisinizsə və ya yalnızlığı yaşamaq istəyirsinizsə möhkəm yağış yağan vaxt şəhərə çıxın və normal gündəlik yerişinizlə şəhərdə gəzin. Digər insanların qaçdığını, hardasa gizlənməyə çalışdığını və s. görəcəksiniz və o an keçirəcəyiniz hisslər, mən bu insanlarla eyni şəhərdə yaşamıram kimi hisslər olacaq.” Nə isə, yağış və ya Bakı haqda da yazı yazmaq istədim, amma bu cümlələrdən başqa heç nə gəlmədi ağlıma.

Bu arada niyəsə Twitter`də yazmaq da çətinləşib bir az. Medvedev də bir vaxt Twitter haqda nəsə demişdi. Duyğuları 140 simvola sığdırmaq sənətdirmi nə. Google`da axtarsanız taparsız yəqin nə dediyini. Bir dəfə mən də zarafatla, 140 simvol zarafat deyil, lazım gəlsə dastan da yazmaq olar deyə bir şey yazmışdım.

Bu arada, Ağalar Məmmədov`un Portrelərini oxuyuram arada bir. Təkrar təkrar. Düzdü o yazıda da oryentalizmi hiss etsəm belə maraqlı yazıdır məncə. Oxumağa dəyər.

Bir də, gələn həftə kitab həftəsi elan edilib bloglarda. Azərbaycan yazıçılarının kitabları haqda yazacaq deyəsən xeyli adam. Bu aralar mən də xeyli oxumuşam yerli ədəbiyyatdan. Amneziya, Körpüsalanlar, Quqark, 18.6, Mən Əclafam, Aktrisa, Akvarium. Yadımda qalanlar bunlardı. Yəqin mən də 1-2 yazı yazaram gələn həftə.

Hə, yadımdan çıxmamış onu da deyim ki, əvvəllər yazılarımın sonuna bir iki mahnı yerləşdirirdim youtube`dan. İndi o imkan yoxdu düzdü, dial up sağolsun, amma Ankara`ya qayıdandan sonra yenə bu cür etməyi düşünürəm. Elə daha maraqlı olur deyəsən.

p.s. deyəsən bu yazı o yuxarıda haqqında yazdığım yazının oxşarı oldu yenə də, sadəcə cümlələri abzaslar əlavə etdi.

Etiketlər: , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: