Ailə Problemi (Ailə vs Fərd)

Ortalama Azərbaycan ailəsi Azərbaycan gəncinin belini qırır desək yanılmarıq böyük ehtimal.
Elə yuxarıdakı cümləni yazmışdım ki, “Uşaqlarınızı quzu kimi böyütməyin ki, gələcəkdə qoyun kimi otarılmasınlar.” deyə bir cümləyə rast gəldim Twitter`də “ALI_oruc” adlı istifadəçidən.

Misal üçün universiteti bitirmiş və işləyən X adamının ailəsindən ayrı yaşama istəyi normal bir toplumda çox normal bir istəkdir.
Azərbaycanda isə bu çox həngaməli bir hadisədir. İlk olaraq ailə niyə bizlə yaşamaq istəmirsən, böyüdün daha bizi bəyənmirsən və s. kimi sözlər deyəcək böyük ehtimal.
Daha sonra qohum qonşu nə deyər deyə ümummilli qınaq məsələsi gündəmə gətirilər. Ayıbdı flankəslərdən, deməzlərmi ki, buna bax uşağı çıxıb gedib evdən və s.
Hələ ayrı yaşamaq istəyən qadındırsa onda məsələ daha da qəlizləşir. “Qız Uşağı” ümumxalq deyimləri də girir işin içinə. Qız uşağısan tək necə yaşayarsan, evdə qalarsan, nişanlan, evlən sonra neynirsən elə və s.
Hər şey bu şəkildə davam edir və itirən tərəf yenə də Azərbaycan gənci olur.
Etiraz etmək isə mentalitetimizə ziddir!

Heç vaxt tək yaşamayan, pulum qurtararsa neyləyəcəm sualını düşünməyən, bəzən ac qalmayan insan isə böyüyə bilməz. İşdən çıxsam da ana atamın hesabına yaşaya bilərəm bir müddət, qarnım ac qalmaz, kirayə pulu, kammunal xərclər və s.i onsuz evdəkilər ödəyəcək kimi düşüncələr insanı inkişaf etməyə, böyüməyə qoymur.

Burda da adamın yadına “ailə kiçik dövlətdir” deyə bir ifadə düşür.

Fərdləri böyük ölçüdə inkişafdan uzaq olan ölkədə iqtisadi, siyasi və s. inkişafdan danışmaq da çox çətindir.
Ailələr övladların yaşam tərzinə, iş seçiminə, evliliyinə – bir sözlə hər şeyinə qarışdığı müddətcə də heç nə olan deyil…

Bu arada mənə görə siyasi mübarizənin uğursuzluğundakı əsas səbəblərdən biri də elə Azərbaycan ailəsidir..

Etiketlər: , , ,

4 Cavab to “Ailə Problemi (Ailə vs Fərd)”

  1. Gulnar Says:

    sizi tebrik edirem…xaricde tehsil almaq isteyen ve ailesi terefinden bu munasibeti goren biri kimi :”Qiz usagi ne isin var xaricde?” mentalitet deyilen seyi ise men basa dusmurem.inkisafda 1ciengel olaraq gorurem…ve her insan oz qanunlari ile yasamalidir…

  2. Anar Azizov Says:

    Super yazmisan.. Professional yazar(seni deyirem) basqa seydi ee🙂. Cox vacib problemlerden birini qeyd eledin, xosuma geldi. bravo…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: