İstanbul

16 yaşım var idi və mən ilk dəfə idi ki, Azərbaycan`dan kənara çıxırdım.
İstanbul`da Marmara universitetinə qəbul olunmuşdum və Naxçıvan`dan İstanbula gedirdim.
Təbii ki, tək idim və məni İstanbul`da nə gözləyir, nələr olacaq, necə olacaq heç nə bilmirdim.
Sadəcə gedirdim üzü İstanbul`a tərəf.
O vaxtlar daha idealist idim, universiteti bitirib geri dönməyi düşünürdüm. Fikirləşirdim ki, hər şey yaxşı olacaq və s.

Nə isə, təxminən 1 günlük yoldan sonra Üsküdar`a gəlib çıxa bildim.

O vaxt hər şey çox qəribə görünürdü. Avtobuslardan tutmuş insanların yaşam tərzinə qədər. Sadəcə nəyi necə edəcəyimi bilmirdim.
İndiki kimi yadımdadı avtobuslardakı bilet sisteminin (Akbil) necə işlədiyini bilmirdim və sırf bunu anlamaq üçün dayanacaqda dayanıb insanların avtobusa minmələrini izləyirdim.
Qadınların siqaret çəkmələri, söyüş söymələri və s. ilə də ilk dəfə idi ki, qarşılaşırdım. Hər şey Azərbaycandan çox fərqli idi.

Zamanla alışdım hər şeyə təbii ki. Düşüncələr dəyişdi yavaş yavaş.
Əmin oldum ki, insanın alışa bilməyəcəyi heç nə yoxdu demək olar ki.

Düzdü cəmi 1 il qala bildim İstanbul`da amma həyatımın ilk təcrübəsi idi bu. Daha sonra İstanbul`dan Ankaraya qaçanda hər şey çox çox rahat idi artıq…

Nə isə…
1 ildə çox şey öyrəndim İstanbul`da. Həyatımdakı bir çox şeyi də o ilə borcluyam.
Bəzilərinə görə pozuldum, bəzilərinə görə tam tərsi, özümə görə isə problem yaşadığım yerdə deyil, özümdədi.

Məncə yaşamağa uyğun şəhər deyil bura amma yenə də arada bir gəlib bir neçə gün İstanbul`da olmaq insana həzz verir.
Həyat çox fərqlidi bu şəhərdə. İstədiyin həyat tərzini yaşaya bilərsən, ən ucdan normala qədər. Edə bilməyəcəyin çox az şey var bu şəhərdə.

İki gün sonra isə Bakı`ya gəlirəm. Həyəcanlı deyiləm, yeni bir şey gözləmirəm Bakı`dan. 16 yaşımda sahib olduğum ümidlər yoxdu artıq.
Nə vaxtsa düzələcək, hər şey yaxşı olacaq kimi sözlərdən də uzağam artıq. Sadəcə olaraq sevə bilmirəm Bakı`nı. Kiminə görə bu qınından çıxıb qınını bəyənməmək ola bilər, kiminə görə problem Bakı`da yox insanlarda ola bilər və s. Mən isə konkret Bakı`nı sevmirəm.
Niyə, necə və s. sualları yersizdi…

Bu yazını da bilmirəm niyə yazdım. Nə demək istəyirəm burda, məqsədim nədi və s. Heç özüm də bilmirəm.
Sadəcə olaraq İstanbul`dayam, 5 il bundan əvvəli xatırlayıram və adını bilmədiyim hisslər keçirirəm.
Saat 5 ə qalıb, yorğun olmağıma baxmayaraq yata bilmirəm və ümid edirəm ki, bu yazını bitirəndən sonra yata biləm..

Nə isə..
Gecəniz xeyrə ya da sabahınız xeyir.

Bu yazını sadəcə olaraq

Etiketlər: , , ,

5 Cavab to “İstanbul”

  1. bakhtijarov Says:

    sirin yuxular)

  2. Özgün Ersin Says:

    İstanbul insanı az çok büyütüyor. Neden dersen, İstanbul’da karşılaşabileceğin karakter örneklerinin sonu, ucu bucağı yoktur.

    Çoğu zaman, İstanbul’da tek başına yaşayabilmişsen dünyanın her yerinde yaşarsın denilir, çünkü İstanbul’da herkes tek başınadır aslında, herkes birbirinden habersiz sürünür.

    Adamı büyütür, yaşam tecrübesi verir.

    Ama ne ollursa olsun Ankara gibisine rastlamadım ben daha.

    • Cavid Qocalı Says:

      evet doğru.
      Ankaraysa yaşanılacak şehir gerçekten. ama nolursa olsun ayni şehirde uzun süre yaşamamaya çalışacaksın bence, yaşanılacak çok şehir var bence dünyada. o yüzdün bir şehirde takılıp kalmayacaksın.

  3. leylashqa Says:

    evvela salam axirki Azerbaycanli tapdim duzu sevindim men 1ci defediki girirem twittere hele bilmiremki ne yaziram hara girirem nese hele bele yazdim sagolun:)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: