Ciddi şəkildə ad tapa bilmədim yazıya…

İlkin hər gün olduğu kimi, bu gün də səhər 7 də oyanıb işə getməli idi. Təbii ki, neçə vaxtdır istirahətsiz işlədiyi üçün səhər 7 də oyanmaq çox çətin olurdu. Amma başqa çarə də  yox idi, bir gün işə getməmək işdən qovulmağa bəs edərdi.

Səhər 7 olan kimi saatın səsi eşidildi və İlkin istəksiz şəkildə oyanmağa çalışdı. Gözlər isə müqavimət göstərirdi.

Hər gün olduğu kimi yenə də beynindən bəlkə biraz da yatım, 1 saat geciksəm bir şey olmaz fikri keçdi. Digər günlərdən fərqli olaraq bu gün 1 saat çox  yatmaq fikri beynində hakim olmağa başlayırdı yavaş yavaş. Bir tərəfdə işini itirmə təhlükəsi o biri tərəfdə də ayların fiziki və əqli yorğunluğu.

Bu səhər necə oldusa 1 saat çox yatmaq fikri üstün gələ bildi və İlkin yenidən yatağa qayıtdı. Sadəcə 1 saat yatmağı düşünürdü.

Oyandıqda isə hər yerin qaranlıq olduğun gördü. Normalda pəncərələr pərdəsiz olduğu üçün otaq işıqlı olmalı idi.

Bir an İlkin nə baş verdiyini, harda olduğunu, saatın neçə olduğunu anlamağa çalışdı. Bu an dəhşətli bir aclıq hiss elədi və elə o an da yatıb qaldığını başa düşdü.

İşini itirmək qorxusu və üzüntüsü ilə heç nə yemədən əynini geyindi və sürətli hərəkətlərlə metroya tərəf getməyə başladı. Hər ehtimala qarşı işə gedəcək və bu gün üçün bir bəhanə tapmağa çalışacaqdı.

İşdən qovulmayacağı ümidi vardı az da olsa..

Həyəcan və təlaş ətrafinda olanları görməyə mane olurdu və Bakıya xas olmayan bu səssizlik İlkinin diqqətini çəkmirdi.

Gerçəkdə isə sanki bütün insanlar yoxa çıxmışdı, şəhərə sükunət çökmüşdü.

Tələsik addımlarla irəliləyən İlkin metroya girənə qədər heç nəyin fərqinə varmadı. Metroda dayanan hərəkətsiz qatarlar, İlkinin də düşünməsinə səbəb oldu. Artıq neçə il idi ki Memar Əcəmi sonuncu stansiya deyildi və ona görə də boş, hərəkətsiz qatarlar İlkini yuxudan oyatdı sanki.

Bir an ətrafinda heç kimin olmadığını gördü. Hətta metro işçiləri və gecə gündüz insanlarımızın keşiyində dayanan polislər də yox idi.

Nə olduğunu anlamağa çalışan İlkin metrodan çölə çıxmağa başladı. Elə bu an da, çöldə, İlkin dəhşətə gəldi. Şəhərdə ölüm səssizliyi var idi. İnsanlar yoxa çıxmışdı və İlkin bunları oyandıqdan bu yana ilk dəfə görürdü, hiss edirdi.

Həyatında ilk dəfə idi ki, Bakını bu cür səssiz, insansız görürdü. Bu cür olanda əslində bu şəhərin də gözəl olduğunu düşünməyə başlayırdı yavaş yavaş…

Elə bu vaxt, uzaqdan əvvəllər eşitmədiyi bir səs eşitməyə başladı. Səs yavaş yavaş ona tərəf yaxınlaşırdı və İlkin yavaş yavaş qorxmağa başlayırdı.. Səslər isə çoxalırdı sanki, bir neçə yerdən eşidilməyə başlayırdı.

Zaman yavaşlamışdı sanki, səslər isə daha çox eşidilirdi. Bu an İlkin ona tərəf  gələn birşeylər gördü. İndiyə qədər sadəcə fantastik filmlərdə gördüyü əjdahalara oxşayırdı ona tərəf gələnlər.

Heç nə başa düşə bilməyən İlkin, qorxudan hərəkət belə edə bilmədiyini anladığı an yaşadığı hissləri isə təsvir etmək mümkün deyil…

Arada bir neçə metr məsafə qaldıqda isə artıq İlkin bunların əjdaha olduğuna əmin idi, sadəcə tərpənə bilmirdi. Qaçmaq haqda isə heş düşünmürdü belə. Hər şeyin bitdiyini anlamışdı.

Və elə bu an, əjdahalardan biri digərlərindən daha cəld tərpənərək İlkini param parça elədi, İlkin isə qışqırmağa belə vaxt tapa bilmədi…

Şəhərə isə təkrardan səssizlik və insansızlıq hakim oldu…

P.S. 1. Hekayədə keçən bütün məkan və obrazlar gerçəkdir və heç bir xəyali obrazdan istifadə edilməmişdir.

P.S. 2. Mən bir neçə gün əvvəl yazanda ki, bəs ”

Bu cür bir hadisə eşitdikdən sonra insanın hər şeyə inanmağı gəlir.
Misal üçün bu gündən sonra kimsə mənə, keçən dəfə yolla gedirdim, birdən qabağıma dinazavır çıxdı desə belə məcbur inanacam.

Bu ölkədə hər şey mümkünür:) ” böyük ehtimal heç kim inanmamışdı buna.

Bu da sizin üçün sübut🙂

Etiketlər: , , , ,

4 Cavab to “Ciddi şəkildə ad tapa bilmədim yazıya…”

  1. Neo Dədə Qorqud Says:

    önəmli olan obraz və ya yer deyil…olaydır..olay gerçək deyil ))) şahit kim ulan? )))

  2. ali Says:

    bu yazını yazmakcin harcadıgın zamana yazık🙂 birşeyler :p

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: