Yenə də Söyüş Haqda

Hər dəfə söyüş haqda nəsə müzakirə, yazı və s. gördüyüm vaxt özümü saxlaya bilmirəm, müzakirəyə qoşuluram mən də.
Təbii ki, çox vaxt eyni tip sözlər eşidirəm amma yenə də yorulmuram bu müzakirələrdən.

Söyüş də kişi qadın ayrımı olmadan azad bir şəkildə deyilməlidi fikrini müdafiə elədiyim zaman isə hər zaman eyni argumentlərlə üzləşirəm.

Argumentlər bunlardır.
Bəs bizim mentalitetimiz, qadına hörmətimiz?
Sənin ana – bacının yanında söyüş söyülsə necə olar?
Yolda qadınla getsən və kimsə yanında yüksək səslə söyüş söysə necə olar? və s.

Bu argumentlərə bir bir cavab yazmaq lazım deyil məncə, bir az ümumiləşdirmə etməklə olayı bir daha izah etməyə çalışacam sadəcə.

Deyək ki, siqaret çəkmək, içki içmək, evlilik cinsi əlaqədə olmaq və s.
Bizim toplumda bütün bunlar sadəcə kişilərin edə biləcəyi şeeylər olaraq bilinməkdədi ümumilikdə. Söyüş söymək də bu siyahıya daxildir.
Qadın heç bir halda (təbii ki, ümumiləşdirmələrdə istisnalar da var hər zaman) bunları edə bilməz.
Niyə edə bilməz sualına isə məntiqli cavab tapmaq çox çətin olur.
Təbii ki, niyə kişilər bunları edə bildiyi halda, qadınlar bunları edə bilməz sualına.

Şəxsi fikrim budur ki, siqaret, içki, cinsi əlaqədə olmaq, söyüş və s. kişilərdə olduğu qədər yanlış və ya doğrudur. Yanlış və doğru olması isə artıq insanların dünya görüşünə görə dəyişir.
Yəni içki haramdırsa kişiyə də, qadına da haramdır, siqaret zərərlidirsə həmçinin hər iki cinsə də zərərlidir.
Bu qədər sadədir hər şey, söyüş üçün də eyni şeylər keçərlidir.

İnsanlar, qadın və ya kişi eyni formada söyüşdən istifadə edə bilər.

Başqa cürə baxaq bu işə, bir də..
Deyək ki, x adamı zəlzələ haqda olan söhbəti sevmir, qorxur və ya zəlzələ haqda söhbət edərsən zəlzələ olar deyə inacı var.
Səbəbinin heç bir önəmi yoxdu, sadəcə zəlzələ haqda nəsə eşitmək, danışmaq istəmir.
Bu insan, olduğu yerlərdə bu haqda danışmamağı tələb edir və ya bu haqda danışılacaq yerlərdə olmur. Bu qədər sadə.

Eyni şey söyüş üçün də keçərlidir.
X adamı söyüş sevmir və söyüş olan ortamlarda olmur. Y adamı isə sevir, onun üçün normaldı və bu cür ortamlarda olur.

X və ya Y`nin qadın və ya kişi olmasının isə bir əhəmiyyəti yoxdur.

Ana-bacı yanında söyüş söysələr bəs? Bunlar içki içcə, cinsi əlaqədə olsa və s. kimi sualların isə cavabı sadədir..
İnsanların öz şəxsi seçimidir bunlar…
X adamı sırf mənim bacımdır deyə bunları etmə demək haqqım yoxdur mənim. Neçə ki, Y adamı sırf mənim qardaşımdır deyə belə bir haqqım yoxdur.

Nə isə…
Hər dəfə bu mövzuda müzairə gedəndə və ana-bacı yanında söyüş söymək olmaz deyənlər görəndə belə bir sual vermək istəyirəm..
Lider`də günün gündüz vaxtı xəbərlərdə pornografik görüntülər verilldi və hamının ana bacısı izlədi bu görüntüləri..

Niyə heç kim ciddi bir addım atmadı buna qarşı?…

Etiketlər: , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: