Azərbaycan Sərgüzəştləri – 2

Azərbaycan Sərgüzəştləri – 1 adlı yazını yazarkən düşünürdüm ki, bu ilk yazıdır və hələ davamında yazılacaq çox şey var. Bir – iki dəfə davamını yazmağa da cəhd etdim əslində. Amma o qədər şey var idi ki yazmağa, bilmədim hansını yazım, necə yazım.

Sonda da qərara gəldim ki, ən yadda qalanlarını yazım sadəcə.

Ümumiyyətlə Azərbaycan`da mümkün qədər qulaqlıq ilə gəzməyə çalışmışam hər zaman. İnsan daha rahat olur, ətrafdakıların nə danışdığını eşitmirsən.

Quba`dan Bakı`ya qayıdırdım, Aliyə adlı bir tanışla Xınalıq`a çıxmışdıq, ordan geri gəlirdik. Nə isə, bu dəfə İPod`umu Aliyə aldı deyə qulaqlıqsız qaldım və avtobusda baş verənləri dinləmək məcburiyyətində oldum.

Təbii ki, hələ də insanların telefonu magnitafon kimi istəfadə etdiyini unutmuşdum. O an təkrar xatırladım.

İnanın çox səmimi deyirəm, insanların nə dinlədiyi zərrə qədər də əhəmiyyətli deyil mənə. O an, orada telefonda Pink Floyd da ola bilərdi. Təbii ki, çox vaxt o tərz musiqilər olmur amma ehtimal hər zaman ehtimaldır təbii ki.

Burda çox sadə bir məntiq var ki, insanlar öz zövqlərinə görə olan musiqiləri hamıya dinlədir. Bəlkə də bu sadəcə diqqəti öz üzərinə çəkməyin bir metodudur. Çünki o avtobusda diqqətimi çəkən daha faciəfi bir vəziyyət var idi.

Aztv dilində desək bədənin qaz ifrazı zamanı çıxan səsi ağzı vasitəsi ilə çıxarmağa çalışan bir nəfər var idi, məndən bir oturacaq qabaqda oturan. Bu fəaliyyətindən sonra isə mastrubasiya edirmişcəsinə insanların ona tərəf baxmasından həzz alırdı.

Nə olduğunu, nələrin baş verdiyini anlamağa çalışırdım və anladım ki, insanlar artıq diqqət cəlb edə bilmək üçün hər şey etməyə hazırdı…

Xınalıq insanları da maraqlı idi. Xınalıq`a yol çəkilib və evlərinin tavanı dövlət hesabına təmir edilir deyə kimlə danışırdıqsa yap`çı çıxırdı. İnsanlarda elə bir fikir var idi ki, yol çəkilməsi və s. dövlət tərəfindən edilməli olan bir iş deyil, prezident, həmin bölgədən millət vəkili olan insan, yeni icra hakimi kimi insanların istəyi ilə olan şeydi. Və sanki bu yol dövlət büdcəsi ilə yox kiminsə şəxsi pulu ilə çəkilir.  Təbii ki, əksər ölkələrdə seçki “yatırımı” olur amma problem ordadı ki, bizim ölkədə normal seçkilər olmur, amma yenə də insanlar bu seçki “yatırım”larını çox ciddi qəbul edirlər. Misal üçün, Xınaıq`da gecəni qaldığımız evdə, 2-3 yerdə Heydər Eliyev`in, 1-2 yerdə də İlham Əliyev`in şəkli var idi.

Nə isə, hər gəlişimdə bizim ölkədə nələrinsə düzələcəyi ümidim daha da azalır və hər səfərində gedəndə daha bədbin, daha ümidsiz gedirəm… Təəssüf ki, yaranan yeni nəsil də çox az istisna ilə, ciddi bir işə imza atacaq qabiliyyətdə deyil.

Bir daha nə isə….

Bəlkə davamı oldu….

P.S. Xınalıq`da çəkilən şəkillərə burdan baxa bilərsiniz. Fotolar Aliyə Mehdi`nindir.

Xınalıq – By Aliyah

Etiketlər: , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: