Azərbaycan Sərgüzəştləri – 1

Nolardı ki, məndə də normal internet olardı, mən də Azərbaycan`da gördüklərimi yazardım isti isti. Çoxu yaddan çıxır yoxsa.

Qalmışam dial up`ın əlində, işgəncə çəkirəm. Düzü dial up yaxşıca bəhanə olur adama. Əslində bu şərtlərdə də yazmaq olar amma insafən onu deyim ki, evdə bilgisayar başında olmuram demək olar ki, evi yemək və yatmaq üçün istifadə edirəm🙂

 

Nə isə..

Ayın 6`sı idi, Ankara`dan üzü Bakı`ya gəlməli idim. Avtobusu gözlərkən bir tanış da gəlib çıxdı. Eyni avtobusla gələsi idik.

Elə avtobusa mindiyim an özümü Azərbaycan`da hiss etdim. Mənim Azərbaycan (Kuzey Azərbaycan) haqda ümidlərim böyük ölçüdə tükənib. Çox nadir halda nəyəsə ümid edə bilirəm. Xüsusilə yaşlı nəsil haqda.

Ona görə də hər zaman rastlaşdığım yaşlı nəsil ümumiyyətlə maraqlı deyil mənə. Yəni çox açıq şəkildə artıq ümidim yoxdu o insanlara.

Maraqlısı isə odur ki, bu səfər avtobusa mindiyim an, yaşda məndən də bir neçə yaş kiçik təxminən 10-15 insan gördüm. Eskişehir`dən qayıdırdılar, orada Açıköğretim fakultəsinin məzuniyyət tədbirində iştirak etmişdilər. Normalda Azərbaycan`da yaşayırlar yəni.

Nə isə…

O mənimlə eyni avtobusda gələn tanışımla olan söhbətlərdə Azərbaycan haqda ümidlər görürdüm. Gələcəkdə hər şey yaxşı olacaq, düzələcək, biz düzəldəcəyik və s. Hər şey normal idi, daha doğrusu hər zaman gördüyüm şeylər idi deyə normal qarşılayırdım hər şeyi. Bakı`ya gəlib çata bilmək üçün Türkiyə – Gürcistan sərhəddində 2, Gürcistan – Azərbaycan sərhəddində də 2 sərhəd məntəqəsindən keçmək lazımdır. Azərbaycan`ın Qırmızı Körpü (Sınıq Körpü)sərhəd məntəqəsinəə qədər hər şey yuxarıda qeyd etdiyim formada normal idi.

Azərbaycan sərhəddinə çatdığımız an, bilmirəm insanlara nə oldu. Xüsusən hələ bir qədər də olsa ümidimin olduğu gənclərə.

Sıra mədəniyyəti, növbə mədəniyyəti və s. bir anda yox oldu. İnsanlar sanki, sərhəddi gec keçəni avtobusa minməyə qoymayacaqlar təlaşında idi. Bayaq qeyd etdiyim Eskişehir`dən gələn gənclər də dəhşətli formada bu kim tez keçdi, dalda qalan namərddi yarışının iştirakçıları oldu.

Elə o andaca, sanki Azərbaycan`a xoş gəldin dedilər mənə… O an, Azərbaycan haqda ümidləri olan tanışıma dedim ki, axırıncı dəfə növbə mədəniyyətini təbliğ edən, növbədə durmaq lazımdır deyən Bəxtiyar Hacıyev idi, onu da elə burda, Qırmızı Körpüdə həbs eləyib 2 il iş verdilər…

Bilmirəm yeridi ya deyil, yolda texniki problem yarandığı üçün təxminən 40 saatlıq yol boyunca sadəcə Ankara`da universitet oxuyan 3 nəfər kitab oxuyurdu. Ən azından mən sadəcə onları gördüm, daha doğrusu biri mən idim, digər ikisini gördüm.

Bəlkə də digərləri də oxuyub sadəcə mən görməmişəm. Daha doğrusu elə olmasını ümid etmək istərdim amma elə deyildi çox təəssüf ki….

 

Nə isə….

Yavaş yavaş bu 10 – 15 gün ərzində başıma gələnləri də yazmağa çalışacam…

 

Etiketlər: , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: