“Kadın Dostu Kent”

Dünən yolda maraqlı bir posterlə qarşılaşmışdım. Çankaya Bələdiyyəsinə aid bir bina, yanlış bilmirəm təmir olunur, ona görə də üstünə çox böyük posterlər asılıb. Posterlərdə diqqətimi çəkən isə bir yazı oldu. “Kadın Dostu Kent”.

Yenə həmən gün, CNN Türk`də CHP başqanı Kılıçdaroğlu`nun mitinqdəki çıxışına rastladım və biraz dinlədim. Kılıçlaroğlu da “Kadın hakları” haqqinda nələrsə deyirdi.  Bu arada Çankaya Bələdiyyəsi başqanı da CHP`lidir deyə diqqətimi çəkdi bütün bunlar.

Bu gün internetdən də bir az araşdırdım, Google sağolsun. Təbii ki, qarşıma tipik “Kadın Hakları” ilə əlaqəli fikirlər çıxdı.

 

Nə isə…

Türkiyədə, görünürdə İqtidara gəlmək istəyən bir siyasi partiya başqanı və bu partiyanın ən böyük bələdiyyələrindən birinin “Kadın Hakları” haqqında düşüncələri… Adam bilmir ki, ağlasın ya gülsün…

İçəriyini bilmirəm düzdü amma “Kadın Dostu Kent” ifadəsi belə çox şey ifadə edir… Şəhərlər kişi hegemonyasındadır və qadınlar köməyə və s. möhtac varlıqlardır. Həmin bu ifadənin yanında Emekli Dostu Kent, Engelli Dostu Kent və s. də yazılmışdı.

 

Yadıma bir ifadə düşdü, bilmirəm kim deyib amma. Təxminən belə bir şeydi, qadınlar da insanın dostudu..

 

İnanın mənə “Kadın Hakları” və bənzəri ifadələr olduğu müddətcə, bu cür gülməli posterlər olduğu müddətcə, bərabərlikdən söhbət gedə bilməz.

Bu cür ifadələr sadəcə və sadəcə kişi hegemonyasının və əgər mərhəmət etsə qadınlara da bəzi özgürlüklər, hüquqlar verə biləcəyini, bilincaltı formada və birbaşa təbliğ edəcək.

Şəxsi fikrimdir, İnsan Hakları olmalıdır sadəcə və sadəcə, bərabərlik də bu ifadə altında təmin oluna bilər…

Etiketlər: , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: