İnsan Sürüsü

Qarabağ müharibəsindəki məğlubiyyətin Azərbaycana, Azərbaycan insanına ciddi təsirləri olub. Torpaq itkisi, maddi itki bir tərəfə, insanlar üzərindəki psixoloji təsirləri də çoxdu.

Milli natamamlıq kompleksi, insanlarda var olan qorxu, inamsızlıq, mənasız şeylərdə rəqabət və s. məğlubiyyətin nəticələrindəndir fikrimcə.

Xüsusilə Azərbaycan gəncində özünə inamsızlıq var böyük ölçüdə. Heç kim özü olmaq istəmir. Daha doğrusu gənclərin çox az hissəsi özü olur, digərləri isə özlərini müəyyən qruplara oxşatmağa çalışır.

Bəli, təbii ki, bu hal sadəcə Azərbaycan üçün keçərli deyil. Türkiyədə də buna bənzər vəziyyət var amma bir az fərqli formada. Sağcıların nəzarətində olan universitetlərə gələn yeni tələbələr rahatı seçib sağcı olurlar ki, müəyyən qrupa aid olub özünü o qrupda var etsin, güvəndiyi bir qrup olsun. Bu şəkildə sürünün bir parçası olub özünü var etsin. Var olan sistemə qarşı çıxıb özlərini qəbul elətdirmək, mübarizə aparmaq istəmirlər. Solçuların nəzarətində olan universitetlərdə də vəziyyət eynidir. Təbii ki, burda da hər yerdə olduğu kimi istisnalar var.

Azərbaycanda isə hər sahədə, hər addımda bunu görürük.

Bir ara hamı H.O.S.T. dinləyirdi, reper idi hamı. Daha sonra hamı emo oldu, biraz da keçdi hamı fotoqraf olmağa başladı. Gitarist oldular, rockçu oldular və s.

Təbii ki, bütün bunlar mövsümlük davranışlardır və məncə bu cür daranışın səbəbi də sadədir. İnsanlar özü olmaqdan qorxur. Yeni bir şey yaradıb, yeni birşeylər edib özünü qəbul elətdirməyə çalışmır. Asan yolu seçirlər. Hamı emo`dusa mən də emo olum deyirlər. Beləliklə çoxluğun bir parçası olurlar, sürüdəki digərlərindən fərqlənməməyə çalışırlar. Fərqlənsələr tez diqqət çəkəcəklər və özlərini isbat etmək məcburiyyətində qalacaqlar. Qorxur çox adam bu haldan.

Hamı odnoklassiki istifadə edirdi bir aralar, sonra facebook indi isə twitter.

Twitter`də hashtag`lar ilə trend yaratmaq cəhdləri oldu. Qınıyıram ilə başladı, Dövrükeçdi ilə davam etdi. İlk günlər hər şey normal idi. Daha sonra isə təbii ki, bizim Azərbaycan insanı bunun da zibilini çıxartdı. Hər kəs bu dəbə ayaq uydurmağa çalışdı, hər kəs yeni trend yaratmağa çalışdı. Çünki indiki dəb bu idi və heç kim özünə əziyyət verib yeni bir şey düşünmək istəmirdi. Hələ də istəmir.

Hər zaman nəyisə təkrarlamaq yeni bir şey düşünməkdən daha asandı. Bizim gənclik isə asanı sevir hər zaman.

Tək gənclik də deyil bu. Hər Bakıya gəldiyimdə insanların nə qədər çox bir birinə bənzədiyini görürəm. Hər il müəyyən maşın dəbdə olur, hamı o maşından sürür. Hamı eyni tərz geyinir və s. Moda ilə də əlaqəsi olmur çox vaxt geyimin.

2-3 il əvvəlki sarı rəng geyinmə faciəsi hələ də yadımdadı. Keçən yay No Girlfriend No Problem və bunun fərqli versiyası facisəi yaşandı. Açığı bu gəlişimdə nə ilə qarşılaşacam bilmirəm. Bunlara bənzər birşey gözləyirəm açığı..

Nə isə, problemləri yazmaq asandı qismən, əsas o problemlərin həlli yollarını tapmaqdı. Amma problemin həllini tapmaq üçün də ilk olaraq problemin özünü tapmaq lazımdır…

Etiketlər: , , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: