28 May və s.

Tacikistan utanmadan, qızarmadan, ar etmədən götürüb tam 3 metr uzun bayraq ucaldıblar. Bildiyim qədəri ilə torpaq və s. problemi yoxdu o ölkədə. Sadəcə bəzi iç problemlər var. Əfqanıstana və s. yaxın olmanın gətirdiyi problemlər.

Nə isə bunlar utanmadan gedib 165 metr bayraq ucaldıblar. Daha demirlər ki, bizim o boyda torpaq problemimiz var. 162 metrlik bayraq ən hündür olduğu üçün Ermənistan da yavaş yavaş Qarabağı boşaldırdı. Hətta Xankəndindəki o hava limanı söhbəti də buna görə idi.

Nə isə ən uzun bayraq böyük dərddi, gərək yenisini ucaldaq…

Bir tərəfdən də 28 May`a 1 gün qalıb. Bu xəbəri oxuyub Rəsulzadə`yə bir daha rəhmət oxudum. Xəbəri buyurun özünüz oxuyun, əlavə nəyəsə ehtiyac yoxdu…

Bəlkə bilməyənlər var, deyim ki, Bakı Dövlət Universiteti Azərbaycan Demokratik Cumhuriyyəti dönəmində qurulub.

Nə isə..

Hə onu da deyim ki, müstəqilliyin bərpası günü olan 18 oktyabr bəlkə də ən vacib bayramdı. Çünki o gün olmasaydı biz indi novruz, 28 may və s. kimi günləri qeyd edə bilməyəcəkdik. Gülməli vəziyyət ordadır ki, 18 oktaybr bir neçə ildir ki, iş günüdür. Səbəb də qeyri-iş günlərinin çox olması..

Bu səbəbdən də 28 may`ın da tez bir zamanda bu aqibət ilə üzləşməsini gözləyirəm..

Bizim nəyimizə lazımdır axı 28 may`da evdə istirahət eləmək….

Bir də, Eynulla söhbəti var. Amnesty İnternational Twitter`də kampanya başladan zaman sağolsun bizim irəliçilər. Özlərinə əziyyət verdi xeyli, əks təbliğatla məşğul oldular. Bir gün sonra da Eynulla azadlığa çıxdı. O irəliçilərə noldu bilmirəm amma. Qalxıb prezidentin bu qərarına etiraz etdilərmi, etmədilər mi bilmirəm.

Məncə etməlidirlər. Belə bir şey gözləyirəm mən irəliçilərdən…

Nə isə, yaşayaq görək daha nələr gələcək başımıza..

Cumhuriyyət Bayramınız da qutlu olsun…

Etiketlər: , , , , , , , , , , , , ,

2 Cavab to “28 May və s.”

  1. Kamran Says:

    Mən bir şeyi başa düşmədim. Bayrağın Xankəndini boşaltmağa, hava limanının açılmasına nə dəxli var? Hava limanının açılma cəhdi ola bilər ki Xankəndinin boşalması səbəbindən ərsəyə gəlsin, amma bayrağın burda nə kimi rol oynadığını anlamadım

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: