ADR – Vaxt Kapsulu Üçün…

OL`un ADR Vaxt Kapsulu layihəsi var. Çoxunun yəqin ki, xəbəri var. Xəbəri olmayacnlar da  Facebook`dakı ADR VAxt Kapsulu səhifəsindən məlumat əldə edə bilərlər..

Çox maraqlı layihədir və mən də qərara gəldim ki nəsə yazım…

Sonra isə yazdıqlarımı Blogumda da paylaşım dedim.. 2018`ə kimi nələr olacaq, kimlər olacaq, kimlər öləcək bilmək olmaz…

Nə isə bu da ADR Vaxt Kapsulu üçün yazdıqlarım…

Ümid etmək asandı, xəyal etmək daha da asandır…

Azərbaycanın gələcəyi üçün isə nəsə xəyal etmək çətindir çox təəssüf ki…

Mütləq azadlıq yoxdur amma qismən də olsa, 2018 ci ildə, Azərbaycan azad olsun istəyirəm. İnsanlar azadlığı ölkədən çıxıb getməkdə axtarmasınlar. Qadınlar üzərindəki mənasız və heç bir əsası olmayan təzyiqlər, toplumsal qınamalar olmasın istəyirəm. Daha da əsası, qadınların buna qarşı gələcək qədər güclü olmasını istəyirəm…

2018 də, məhkəmələrin insanların haklarının müdafiə olunduğu yer, polis qurumunun insanları qoruyan qurum olmasını, xalqın seçdiklərinin xalqa xidmət edənlər olmasını istəyərdim…

Bütövlük uğrunda böyük addımların atılmış olmasını istərdim, məğlubiyyət sindromunun, natamamlıq kompleksinin qismən də olsun yox olmuş olmasını istərdim..

İnsanların üzündə ümid və sevinc olsun istərdim.. Yaltaqlığın normal bir şey olaraq görünməməsini istəyərdim..

2018 də, insanların daha cəsarətli olmasını istərdim, öz həyatlarını özləri şəkilləndirsin istərdim… Gələcəyə dair daha ümidli görmək istərdim insanları…

Müharibənin bitmiş olmasını, daha demokratik olduğuna inandığım Parlament idarəetmə sisteminə keçilmiş olmasını, İnsanların Azərbaycandan ən balaca fürsətdə belə qaçmamağa çalışdığını, ölkəni fərqli səbəblərdən tərk etmiş insanların da artıq geri dönmək istədiklərini görmək istərdim 2018`də…

Hər şey təbii ki, yaxşı ola bilməz amma 2018`də çox şeyin yaxşı olacağına ümid etmək istərdim…

Etiketlər: , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: