Bizə Lazım İdi, Bu? (2)

Bu yazının adını “Vətənşüvənliyin Son Həddi (2)” də qoymaq olardı. Vətənşüvənliyin Son Həddi adlı yazıda hər şeydə Erməni barmağı axtarmaq haqda yazmışdım. O vaxt Erməni barmağının səbəbi “11 mart” ilə bağlı Facebook eventində iştirakçılar arasında Ermənilərin də olması idi.

Bu səfər isə bir az fərqlidir yazı.  Eurovision`da qalib olduq, bu qələbəni bayram etdilər. Bəziləri bunun ilə razılaşmadı və bayram eləmədi. Bəziləri gələn il haqda proqnozlar verdi. Bəziləri isə ümumiyyətlə heç nə eləmədi. Bizə Lazım İdi, Bu? adlı yazıda mən də öz fikirilərimi bildirmişəm.

Məsələ bunların heç biri ilə əlaqəli deyil əslində. Qarabağ savaşında məğlub olduğumuz gerçəyi bizdə bir çox problemlərə yol açıb. Milli natamamlıq kompleksi, məğlubiyyət sendromu, qorxu və s. müharibədən qalan yadigarlardandır. Bğyük ehtimalla bu səbəbdəndir ki, biz hər şeyi şişirtməyi sevirik.

Hələ keçən il baş tutan Eurovision`da Marlene Strand adlı bir İsveçlinin BozQurd işarəsi tutduğu iddiası (şüvənliyi) yaşanmışdı

Bundan qısa müddət sonra isə, “Hi and first of all Thank you. And im sooo sorry about the sign!! I had no idea that it’s a sign for nazism in your country! I hate all that has to do with that and I’m terribly, terribly sorry… It was just something i did in that moment without thinking… Hope you’re ok with my answer and don’t take me for a bad person. I woule never have done if I knew. Thank…” açıqlaması ilə  Marlene Strand bunun BozQurd ilə heç bir əlaqəsinin olmadığını demişdi.

Bu il isə qalib olduğumuz üçün təbii ki, iddiaların (şüvənliklərin) sayı da bir az çox oldu.

Diqqət etdiyim ilk hal, Tünzalə Ağayevanın “şəhidlərin qanı yerdə qalmadı” açıqlaması oldu. Ümumiyyətlə nəsə demək belə yersizdi bu haqda. Hər şey bu qədər cılızdırsa ümumiyyətlə niyə yaşayırıq? Bir – iki il sonra Ermənistan qalib olsa onda Gəncə – Qazax ya da Naxçıvanı itirmiş mi olacağıq?  Nə isə…

İkinci iddia (şüvənlik) isə yenə BozQurd haqda oldu. Eldar BozQurd işarəsi tutub dedilər.

Bu səfər Eldar açıqlama verdi ki, bu işarə BozQurd deyil. Ümid edirəm ki, artıq bizimkilər sakitləşəcək. Hər hansı bir qələbəni normal qəbul edə bilmiriksə, hansı mədəniləşmədən söhbət gedə bilər axı.

Əslində özümüz mütəmadi olaraq əzilmiş olduğumuzu, məğlub olduğumuzu və buna laiq olduğumuzu vurğulayrıq bu cür hərəkətlərlə. VAllah lazım deyil bizə bu…

Hələ bunlarla iş bitsə nə isə də, daha ağlamalı şəkillər də ortaya çıxır yavaş yavaş…

Yuxarıdakı şəkil kimi…

Bilmirəm kim edib bunu, hansı ağılla edib, məqsədi nədi, nəyə nail omaq istəyir bununla…

Amma harasındansa bu ideya çıxıb və bu şəkil ortaya çıxıb…

İnsan bilmir gülsün yoxsa bu qədər aciz olduğumuzu düşünüb ağlasın.

Sadəcə olaraq insan ümid etmək istəyir ki, kim edibsə bunu, zarafat üçün edib…

Hələ də nələrəsə ümid edə biliriksə, demək ki, hələ hər şey bitməyib. gələcəkdə fərqli nəsə ola bilər…

Etiketlər: , , , , , , , ,

4 Cavab to “Bizə Lazım İdi, Bu? (2)”

  1. Kamran Says:

    Fikir verməyin belə şeylərə. Tünzalə Ağayeva özünü intelliqent sayır, elə bilir ki ondan ağıllı adam yoxdu, amma əslində çox primitiv səviyyəsiz və savadsız düşüncəyə malik bir adamdır. İntellekti yerində olan adam efirdə “Kostum-şalvar” sözü işlətmir və belə bir irgənc açıqlama verməsi ki “Şəhidlərimizin qanı yerdə qalmadı” məni təəccübləndirmədi. Bu insan o səviyyənin, o düşüncənin adamıdı. Onun anlamında biz Qarabağda ermənilərin qabağına mikrofonla çıxacağıq. Belə yerdə bir söz deyəllər: Allah ağıl versin!

    Şəkil məsələsi. Bu şəkili də Tünzalə Ağayeva səviyyəsində olan insanlar fikirləşib yayıllar internetdə və ermənilərin əlinə kozır verillər ki bizi ələ salsınlar, bizə “tupoy azer” desinlər. Belə düşük insanları internetdən yığışdırmaq lazımdı və bu informasiya müharibəsinə səviyyəli adamları çıxarmaq lazımdı, Tünzalə Ağayevanı yox. Efirdə belə düşük fikirlər səslənirsə internetdə də bundan artıq şəkillər yayılmayacaq ki. Bu səviyyəsizlər internetdə, efirdə adımızı batırmasa bizə heç kim bata bilməz, fikir vermişəm ki səviyyəli adamlara ermənilər söz deməyə də qorxurlar, yaxşı bilirlər ki dərinə getdikcə batacaqlar və onlar da belə düşükləri tapır, onları dünyaya Azərbaycanın siması kimi qələmə vermək istəyir…
    Bir az diqqətli olaq. Hamımız diqqətli olaq!

  2. Faridelli Says:

    men buna benzer bawga 1meseleni yadiniza salmag isterdim..Futbol uzre Birlik kuboku..beli bunu hem Neftci hemde Xezer Lenkeran qazandi.Neftci ermeni Pyunikini udanda az qala Qarabagi geri qaytarirmiw kimi sevinirdik.daha dogrusu AFFA resmileri.barbar bagirirdilarki bes qalib geldik neeem ne..7 xal yigib yere goye sigmir forslari.sifet vare.yeni her weyi wiwirdib ozunu ise cilizlawdiran milletik teessufki

    • Cavid Qocalı Says:

      Miisallar çoxdu, hansısa idman sahəsində Ermənistanda birinci olmaq, başqa yerlərdə keçirilən yarışlarda (musiqi və ya idman) Erməniləri üstələmək və s. Yəni məntiq eynidi bunların hamısında.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: