Bizə Lazım İdi, Bu?…

Azərbaycanın məlum Eurovision birinciliyi xəbərini eşidəndə ilk ağlıma gələn sual bu oldu. Bizə lazım idi, bu?

Həmən gün yəni dünən çox yorğun idim. Səhər (daha doğrusu günorta🙂 ) Orta Doğu Teknin Üniversitesinə getmişdim. Bahar Şenlikləri ilə əlaqədar Azərbaycan standı var idi, bir az orada gəzdim. Daha sonra 20-25 nəfər ilə həmən universitetdə Əzizim Fellini’ni izlədik.

Hardasan adlı mahnıya çox qulaq asmışdım və dolayısı ilə Əzizim Fellini’nin trailinə də çox baxmışdım. Amma filmin özünü izləməmişdim niyəsə. Ciddi şəkildə niyə izləmədiyimi də bilmirəm indiyəcən. Dünən isə demək olar ki, sırf  bu film üçün ODTÜ’yə.

Nə isə, filmi izlədim və özəlliklə qadının intihar etdiyi səhnənin ciddi şəkildə təsirinə düşdüm. Məncə ən azından Azərbaycan film tarixinin ən gözəl səhnələrindən biridir bu səhnə. İnsana ölümü hiss etdirə bilir böyük ölçüdə. Film isə ümumilikdə gözəl idi…

Gecə isə Haggard konseri var idi Ankarada. Düzü çox az mahnısını bilirdim Haggard’ın və sırf Herr Manneling’i dinləmək üçün getmişdim ora. Amma konser ümumilikdə çox mükəməl oldu və konser çıxışında çox gözəl bir əhval ruhiyyədə idim…

Nə isə..

Eyni gündə bütün bunları yaşadıqdan sonra, gecə oturmuşduq dostlarla ki, bir nəfərə xəbər gəldi və birinci olduğumuzu öyrəndik. O an düşündüm ki, belə bir zamanda, belə bir vaxtda bu olmasa idi daha yaxşı olardı…

Söhbət burda qələbə sevincindən getmir, indiyə qədər və gələn il xərclənəcək milyonlardan da getmir.

Qələbə sevinci dünyanın hər yerində var və bu tip qələbə sevinci sadəcə Azərbaycanda ola bilər, sadəcə Azərbaycanlılar belə edir deyənlər arada bir Biləcəridən o tərəfə keçsin məncə. Daha da betərləri olur inanın. Təbii ki daha mədəniləri də olur…

Xərclənən və xərclənəcək pullar isə onsuz da xərclənir və xərclənəcək… Daha bir neçə gün öncə “adgünü bayramı” üçün 20 milyondan çox pul xərcləndi. Bundan belə də o qədvr şeyə, o qədər pul xərclənəcək ki…

Son aylardakı həbslərdən, gənclərə olan “qayğı”dan nəsə yazmağa heç ehtiyac yoxdur. Bizə daha çox muğam, eurovision, güllərə baxmaq lazımdır…

İlk başda düşünürdüm ki, Azərbaycan qalib gəlməsəydi, bu il Eurovizion üçün xərclənən pullar qismən də olsa sorqulanardı…

Gecədən səhərədək demək olar ki ancaq bu mövzuları müzakirə etdik və düşünməyə başladım ki, indiyəcən neçə nəfər sorqulayıb axı xərclənən pulları, bayramları, eurovisionları ?

Bu səfər də qalib gəlməsəydik nə dəyişəcəkdi ki? Sonra isə belə düşünməyə başladım ki, bəlkə də natamamlıq sendromumuz bir az da olsa azala, rahatlayarıq bir az və artıq hər eurovision olduğunda daha sakit olar hamı..

Ümidlərim gələn ildən sonra məlum olacaq, doğrudurmu doğru deyilmi deyə.. Yenə də doğru olacağını ümid etmək istəyirəm…

Təbii ki, vətənşüvənlvr və mənasız TV lər yenə yorulmadan danışacaqlar. Qarabağı da lazım gəlsə belə qaytaracağıqdan başlayacaqlar, dövlət qayğısınacaq hər şeydən danışacaqlar (danışırlar).

Bir tərəfdən də keçən genə bir qadının üst paltarını çıxartması  və bir qadının qısa yupka ilə maşının pəncərəsindən çıxmasını seksual inqilaba qədər gətirənlər oldu..

Xanımlar və bəylər, əgər bu mövzu bu qədər danışılır, müzakirə olunulursa narahat olmayın, bu o deməkdir ki, həlv seksual inqilaba falan çox var…

Seksual inqilabdan çox beyin inqilabı  lazımdır  bizə…

Uzun sözün qısası, qalib gəldik. Sevinənlər sevinsin, sevinməyənlər sevinməsin amma həyat və dünya sadəcə eurovision deyil və başqa şeylər də olur..

Buna görə də artıq gerçək həyata geri qayıtmaq lazımdır…

Etiketlər: , , , , , , , , , , , , , , , ,

2 Cavab to “Bizə Lazım İdi, Bu?…”

  1. mardanlamiya Says:

    Viva La bizim google:)) Ela….

  2. Anar Says:

    Qələbəmizə kölgə salırsan. Qarabağı sənin kimilər satıb. Xain! Seks nədi yazmısan? Utanmırsan?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: