Əlacsızlıq…

Əslində Azərbaycanda olan ikiüzlülüklər haqda nəsə yazmaq belə istəmir adam. Amma bəzən də yazmalı olursan. Sadəcə olaraq geniş kütlələrə xitab etmə imkanın yoxdur deyə, bu cür kiçik bloglar, Twitter, Facebook və s. virtual məkanlarda insanlara xitab etməyə çalışırsan.

Çox şeyin mənim üçün mənasızlaşdığı, həyatdan qismən küsdüyüm bu zamanda bu mənim özümə nə dərəcədə lazımdır deyə özümə də sual verirəm. Suala isə cavab vermək niyyətim yoxdur.

Nə isə.

Kəlbəcər işğalına yaxın bir tarixdə mitinq keçirilir deyə şüvənlik edən Azərbaycan telekanalizasiyalarını hamımız bilirik.

Bu gün isə Şuşa işğal olunub. Təxminən bir həftədir də adgünü konserləri, şənlikləri və s. var bütün ölkədə.

İmkan olsa idi belə bir sual verərdim ki, ey Aztv və törəmələri, noldu axı sizin vətənşüvənliyiniz? Niyə qalxıb demirsiniz ki, bəs olmaz belə? ))

Bu sualın cavabını da hamı bilir, sadəcə bunu edənlərin cavabı çox maraqlı olardı mənə…

Bir daha nə isə…

Son iki gündür Twitterdə yazdıqlarımı oxuyanlar bilər yəqin ki, bizim fakultədə “İnek Bayramı” keçirilirdi. Bir anlıq azərbaycanı düşündüm və arzu etdim ki, Mülkiyədə olan söz azadlığının 1 faizi belə yoxdur bizim universitetlərdə. İnek Bayramı müddətincə AK Parti, CHP, MHP, bürokratlar, dekan, rektor, hocalar və s. təsəvvür edə bilməyəcəyiniz qədər tənqid edildi.

Fərd olaraq, siyasi, ideoloji görüş olaraq tənqidlərin hərhansı birini sevməmək, tənqidlə razılaşmamaq ola bilər. Sadəcə olaraq söhbət universitetlərdə ifadə azadlığından gedir. Universitet tələbələri rahat bir formada fikirlərini ifadə edə bilmirlərsə, müəllimlər düşünücələrini ifadə edə bilmirlərsə o dövlətdə heç bir inkişaf ola bilməz.

Məncə budur bizdəki ən əsas problem. Və bu problemin həlli də elə də asan məsələ deyil.

Açığı mən yaxın tarixdə həll olunacağını da gözləmirəm. Sadəcə olaraq həll olunmasını istəyirəm, amma çox vaxt istəmək heç nəyi dəyişmir…

Çarə çıxıb Afrikaya getməkdi, dilini bilmədiyin, həyat tərzlərini bilmədiyin insanların arasında yaşamaq. Amma insan ora getməyə də qorxur. Problemin dərinin rəngində, yaşadığın ölkədə olmadığını biləcəyindən qorxursan. Son ümidinin də yox olacağından qorxursan. Problemin insanlarda olduğunu öyrənməkdən qorxursan.

Bu son qorxularımın gerçək olmayacağına ümid etmək istəyirəm….

Etiketlər: , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: