2 İl 6 Ay…

Budur, Cabbar Savalanlıya 2 il 6 ay iş. 

Nə dəyişəcək ki, 2 il 6 ay sonra? Və ya indi? Hamı qorxub yaltaqlıq etməyəmi başlayacaq? Həbsdən çıxdıqdan sonra Cabbar bu iqtidarı sevməyəmi başlayacaq? Daha heç nə etməyəcəkmi? 

İnanın ki, sırf Cabbarın anasının sözlərindən, duruşundan onlarla, yüzlərlə gənc daha da ruhlanır. Dünən çox az adam tanıyırdı Cabbarı, düzü mən də tanımırıdm. Bu gün isə yüzlərlə gənc üçün stimuldu Cabbar.

Həbslər nə vaxt faydalı olub axı? 1 il, 5 il, 10 il üçün nələrsə edə bilər bu respressiya bəs sonra?  Sonrasını hamı çox yaxşı bilir…

Daha əvvəl həbs olunanlara fərari, vətən xaini, xaricə işləyən və s. adları qoyulurdu, bəs Cabbara nə ad qoyacaqsınız?

Çox maraqlıdır bu sualın cavabı. Nə ad qoymaq olar axı Cabbara? Necə ləkələmək fikriniz var  Cabbarı? Narkoman söhbəti heç işə yaramır başdan deyim…

Nəsə yazmaq çox çətindi, sadəcə deyiləcək bütün sözləri Cabbar özü məhkəməsində deyib…

Sadəcə olaraq onu yazım ki, Cabbar, möhkəm ol! Bu gün sənsən, sabah hərhansı birimiz olacağıq. Səninlə eyni kamerada 2 il 6 ay keçirmək şərəf olardı! Sadəcə olarq əminəm ki sınmayacaqsan, 2 il 6 ay sonra da həbs olunduğun andakı Cabbar Savalan olacaqsan!

Savalan dağı tək dik duracaqsan, əyilməyəcəksən, əyə bilməyəcəklər səni..

Cismin 2 il 6 ay zindanda olması problem deyil…

Ruhun azaddı sənin…

Etiketlər: , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: