Bir İdam Mahkumunun Son Günü

Həyatımda heç bir kitabı iki dəfə oxumamışam. Daha doğrusu yadımda deyil oxuduğum. (Sırf dərslə bağlı olanlardan başqa) Amma Bir İdam Mahkumunun Son Günü’nü iki dəfə oxumuşam. Böyük ehtimalla hələ çox oxuyacam da.
Sözün düzü bir az əvvəl yazdım, amma Opera anidən bağlandı və bütün yazdığım getdi. Tam olaraq yadımda da deyil indi nə yazdığım. Ona görə təkrardan yazacam. Yəqin ki, alınar.

Təxminən 4 il bundan əvvəl bir yerə getmişdik bir qrupla. Mekan adlanırdı. Çox xoşuma gəlmişdi o on, o yer. Niyə bilmirəm amma bir neçə gün öncəyə qədər təkrar getmirdim nəsə ora. Bunun da niyəsini bilmirəm.
Sağolsun Rasim Əlibəyli, bir neçə gün əvvəl özü də bilmədən ora getməyimə vəsilə oldu.
Artıq tez tez getməyə çalışıram ora. Belə qeyri adi deyiləcək bir yer də deyil. Teras katıdı, gözəl musiqilər olur, sadə və rahat dizaynı var və s.
Keçən dəfə də özüm üçün getmişdim ora ki, bir az beynimi toplaya bilim. Tək idim təbii ki. Bir az kitab oxudum özüm üçün, bir az da yalandan cızma qara edirdim. Bilmirəm niyə amma birdən bu əsər düşdü yadıma.
Mənə görə indiyə qədər yazılmış əsərlər arasında ən təsrlilərdən biridir. Düzü mənim oxuduqlarım arasında ən təsiredicisi budu. Bəlkə də indiyə qədər yazılmış əsərlər arasında ən qısa və net olanıdır bu. Bilirəm oxumadığım 100 lərlə yaxşı əsər var, amma bu əsərdə bəlkədə sadəcə mənim gördüyüm nəsə fərqli bir şey var…
Yazarlar adətən öz yaşadıqlarını bir az əlavələrlə yazırlar. Yaşamadığın hissin təsviri də daha çətindir təbii ki. Sadəcə olaraq Victor Hugonun edam ediləcək insanın həyatını son anlarını bu cür təsvir edə bilməsi normal bir şey deyil. Asan da deyil o cür şeyi təsvir etmək. Sadəcə olaraq Hugo bunu bacarıb. Düzü necə oldu bu əsər o an orada yadıma düşdü bilmirəm. Axırıncı dəfə 6-7 ay bundan əvvəl oxumuşdum o kitabı.

Bəlkə də beynimin, düşüncələrimin bu qədər qarışıq olduğu bir anda bu haqda düşünmək yaxşıya əlaət deyil amma olsun. Həyatımda tam olaraq əsərdəki duyğuları hiss edə bildiyim bəlkə də yeganə kitabdı bu.

O on, Mekanda da cızama qara etdim bu haqda, Mekan`ın özü haqda da bir az yazdım. Bəlkə nə vaxtsa onları da yayımlayaram. Sadəcə olaraq indi Bir İdam Mahkumunun Son Günü əsəri haqda maraq oyatmaq istədim bu yazını oxuyacaqlar arasında. Ümid etmək istəyirəm ki, hamı tapıb oxuyar bu kitabı.

Sonra nə hiss etdiklərini paylaşsalar lap yaxşı olar.

Hə, yeri gəlmişkən, keçən il kitabxanada gəzişirdim özüm üçün. Bir də bu kitabla rastlaşdım. Baxdım i nazik kitabdı, adı da maraqlı gəldi. Amma daha əvvəl heçbir şey eşitməmişdim kitab haqda. Dedim oxuyum da nə olacaq ki.

Bəlkə də o an o kitabı alıb oxuma qərarını vermək həyatımın ən önəmli anlarından biri olub…/p>

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: