Boşluq.

Neçə gündü blogun idarə panelinə girib “yeni yazı”ya girirəm. Qarşımda boşluq durur və mən sadəcə olaraq baxıram o boşluğa. Gözümün qabağına Vaqif Bayatlının kitabı gəlir. Kitabının ilk səhifəsində boşluq qoyub, “Boş görünən yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hlə bizə gəlib çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir. O sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.” yazıb.

Düşünürəm ki, boşluq bəzən bütün yazılanlardan daha mənalı, daha məntiqli ola bilir. Eyni şeyi etmə istəyi doğur məndə də, amma etmirəm..

Mənasız da olsa, məntiqsiz də olsa, 1 həftə sonra düşüncələrimi yazmağa qərar verirəm.

Təxminən bir həftə əvvəl həyatımda ilk dəfə Acilə (Bizim Türkçədə Təcili Yardım olmalıdı adı, ya da Təcili Tibbi Yardım) getməli oldum. Düşündüm ki, insanları izləməyi sevən bir insan üçün əsl xəzinədir bura. Özümün hər hansı tibbi problemi yox idi, başqa birinə görə getməli olmuşdum ora. Xəstələri deyil, xəstə yaxınlarını izləmək sonsuz dərəcədə maraqlı gəldi mənə. Üzlərdə qorxu, həyəcan, ümid bir sözlə hər şey var idi. Oradaca durub insanların o an nə düşündüklərini anlamağa çalışmaq, davranışlarına məna vermək insana çox şey öyrədirdi.

Bilmədiyim bir səbəbdən Acilə dətirilən qoca bir kişi və həyat yoldaşı olduğu bəlli olan qoca bir qadın var idi. Qadının həyat yoldaşının başıucundakı duruşunu, gözlərini sadəcə görmək lazım idi.

Bir orta yaşlı kişinin hər dəfə xəstəsinin yanına çağrıldığında qaçaraq ora getməsini, üz ifadələrini sadəcə görmək lazım idi.

Saat gecə 3-4 olduğu üçün insanların yuxu ilə mübarizəsini sadəcə görmək lazım idi..

Körpələrini Acilə gətirən ana və ataları da sadəcə görmək lazım idi..

Düzdü yüzlərlə söz yazmaq olar bunlar haqda amma qorxuram ki, yazılacaq bütün sözlər çox cılız görünər yaşanmışların qarşısında.

Və təbii ki, bütün bunlarla birlikdə hər şeyin mərkəzində özümü düşünürdüm. Etiraf kimi də qəbul etmək olar bunu…

İnsanlarla münasibətimdə eqoist olduğumu çox demişdilər mənə, son bir həftədir ki, belə olduğumu qəbul etməyə başlamışam.

2 ilə yaxındır ki, hər şeyi atıb, hamıyla əlaqəni kəsib hərhansı bir yerə gedib 1-2 il yaşamaq arzum var. Son 1 həftədir ki, bunun eqoizmdən başqa bir şey olmadığını düşünürəm.

Eqoizmin nəticəsi də demək olar. Bir növ sən ətrafındakılara onların ehtiyacı olan qayğını göstərmirsən amma onların bir çoxu sənə bu qayğını göstərir. Ailə, dostlar və s. bir sözlə hamı daxildi bu siyahıya.

Sən o qayğını göstərmədiyin üçün daxilən əziyyət çəkirsən və uzaqlaşırsan ki, heç kim sənə qayğı göstərə bilməsin.

Sən çəkdiyin əziyyəti başqaları da çəksin…

Bu yazını yazana qədər çıxıb getməyin sadəcə özümə verəcəyim bir cəza (bəlkə də mükafat) olacağını düşünürdüm, indi isə yuxarıdakı kimi düşünürəm. Bəlkə də bir neçə saat sonra tamam başqa cür düşünəcəm…

Bəlkə də çıxıb getməyə çox yaxın olduğum üçün artıq nə düşündüyümü belə bilməyəcək vəziyyətdəyəm artıq.

Bilirəm ki, bu cür olmamaq, dəyişmək və s. sadəcə olaraq mənim əlimdə olan şeydi sadəcə olaraq nə istədiyimi, necə olmaq istədiyimi bilmirəm hələ ki…

Bəlkə də yalnız qaldıqdan sonra bu suallara da cavab tapmaq mümkün olacaq….

Etiketlər: , , ,

2 Cavab to “Boşluq.”

  1. mardanlamiya Says:

    vuraram seni!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: