Bir Yuxu…

Vaxtilə belə bir hədəfim var idi. İstisnasız hamı ilə əlaqələrimi kəsib hər hansı bir yerə getmək istəyirdim. Heç kimin yaşamadığı, insan olmadiöi bir yer də deyildi hədəfim. Sadəcə olaraq tanımadığım insanlar arasında 1-2 il yaşamaq istəyirdim. Maraqlıydı bu cür həyat mənə. Həm bir müddət sonra geri qayıdıb insanlarda olan dəyişiklikləri də müşahidə etmək istəyirdim.
Düzü hələ də bu cür bir arzum var. Amma bir az dəyişikliklərlə.
Dünya onsuz da çox kiçilib. Bu cür kiçik bir dünyanın çox kiçik bir parçasında bütün yaşamı çürütməyə heç dəyməz məncə…
Amma əksər insanlar bilinməzliklərdən qorxurlar. Heç vaxt eşitmədikləri, görmədikləri, bilmədikləri yerlərə getmək istəmirlər. Çünki onları oralarda nə gözlədiyini bilmirlər.
Bunun əvəzində isə, hər gün bildiyin şeyləri təkrar etmək, bildiyin yollarla getmək. bildiyin insanlarla qarşılaşmaq daha güvənli gəlir insanlara. Harda qarşılarına nə çıxacağını bilirlər, hansı küçədən sonra hansı küçənin gələcəyini, harda nəyin olduğunu əzbərləyiblər. Ona görə də ayrılmaq istəmirlər bu məkanlardan. Şəxsi fikrim budur ki, həyatlarını monotonluqla çürüdürlər…

İndiyə qədər 3 şəhərdə yaşamışam. Bakı haqda nəsə yazmağa dəyməz, çünki əvvəllər də yazmışam. Yenə də deyim ki, yaşanılası yer deyil fikrimcə.
İstanbulda 1 ilə yaxın yaşamışam, gözəl şəhərdi amma həddindən çox insan yaşayır. Buna görə də çox sıxılırsan. Mən 1 ildən çox yaşaya bilmədim orda düzü…

Ankara isə qəribə yerdi.. Bir dost tanış gəlib desə  ki, burda haralar var gəzməyə, çox az yer tapa bilərsən. Amma yenə də digər iki şəhərlə müqayisədə sevirəm bu şəhəri. Maraql yerdi. Amma 4 il bir yerdə yaşamaq üçün uzun müddətdi…

Nə isə…

Qısası bu gün yuxuda afrıkada olduğumu gördükdən sonra, oyananda bir anlıq bunların yuxu olmadığına inanmaq istədim. Amma yuxu idi.

Və bu gün çoxdandır hədəfim olam Afrikada yaşamaq üçün əlimdən gələn hər şeyi edəcəyimə söz verdim..

Təsəvvür edin, küçə ilə gedirsiz. Yolun sonunda qarşınıza nə çıxacağını bilmirsiz, insanların nə danışdığını anlamırsız, heç kimi tanımırsız…

Sizcə də maraqlı olmazdımı?…

Etiketlər: , ,

2 Cavab to “Bir Yuxu…”

  1. Neo Dədə Qorqud Says:

    hahahah Hacı, mən bunu Portoda eləmişəm! Tək tənha! Amma dillərini bildiyimdən ürəkliydim. Helsinkidə isə 5 saatlıq eləmişəm. Orda heç fin dilini də bilmirdim. Möhtəşəm şeydir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: