O Şərh…

Düz 5 gündür ki, hər dəfə blogumun idarə panelinə girəndə vicdan əzabı çəkirəm. Qalmışam iki daş arasında.

Təxminən 2 ay bundan əvvəl Söyüş Haqda yazı yazmışdım. Düzü özümün  ən çox xoşuma gələn yazılarımdan biridir. Amma son 5 gündür də bu haqda yaman çox fikirləşirəm.

Yazını oxuyanlar bilir yazı nə haqdadı tam olaraq, bilməyənlər də oxuya bilər onsuz qısa yazıdı. Ona da tənbəllik edənlərə də qısa yazım ki, o yazımda qadın kişi bərabərliyi, hamının eyni haqqlara sahib olması və söyüş söymənin də bunun bip parçası olduğu haqda yazmışam.

Nə isə.  Çox mübahisələrim falan olub bu haqda amma hamısı da insan kimi mübahisə olub.

Amma 5 gün əvvələ qədər.

Söyüş söymək ilə birini söymək arasındakı kiçik fərqi görə bilməyənlər var təəssüf ki.  Söhbəti uzatmadan deyim ki, 5 gün əvvəl bir adam (cinsini bilmirəm amma böyük ehtimal kişidi, ümumilikdə önəmi də yoxdu bunun mənə görə) həmən o yazıma, yazının tam adına uyğun bir yorum yazıb. Birbaşa təhqirdi. Amma bu tanımadığım insanların ünvanıma yazdığı ilk təhqir olmadığı üçün həddən artıq tvəccübləndirmədi də məni. Sadəcə, hələ də bu cür düşünən adamların olması qəribə hiss yaratdı məndə.

5 günün sonunda isə belə bir qərara gəldim ki, yorumda sadəcə mənə ünvanlanan təhqir olduğu üçün təsdiqləyim yorumu.

Yaşasın söz azadlığı!

Amma hər şey bir tərəfə “Sən arvadsan ,səni kimi arvaddarın yanında sögüş sögmey savabdu.” hissəsindəki mənanı başa düşmədim ey. Başa düşə bilən olsa mənə də yazsın zəhmət olmasa.

p.s. Bu hissə o yorum sahibinin bunu da oxuyacağını ümid edərək yazılıb: Ey insan, işin yoxdumu, gücün yoxdumu?

Söyüş söyülsün deyən insana qarşı olduğun üçün birini söyürsən bəs fikirləşnmirsən xalxın ana bacısı da oxuya bilər yazdığın söyüşü?🙂 Lider günün günorta vaxtı porno yayınlayanda hardaydın bəs?

Nə isə… P.S.’dən əvvəlki abzasdakı sualın cavabını da yazsan pis olmaz ))

Uğurlar😀

Etiketlər: , , ,

Bir Cavab to “O Şərh…”

  1. Narmin Zadeh Says:

    Cav, men de o yazini axtarirdim ele )) “cavab soyuwu ile duwmen susduruldu”, debil millet

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: