Bakıya Oxşayan Şəhər…

Bir iki gün əvvələ qədər elə düşünürdüm ki, Bakıya oxşayan ikinci bir şəhər ola bilməz. Bizim ölkədə heç nəyin analoqu yoxdu deyə məntiqən Bakının da analoqu olmamalı idi. Amma 2 gün əvvəl Ispartaya getməyim ilə birlikdə bu düşüncələrim də yox oldu. Artıq əmin oldum ki, Bakı analoqsuz deyil. Düzdü cəmi 11-12 saat olmuşam Ispartada amma bu müddət belə Bakı ilə oxşarlıqları görməyə kifayət edib.

Nə isə, 6 saat avtobusla yol getdim və Ispartaya çatmağımla başladı hər şey. Təsəvvür edin şəhər girişində ilk rastaşdığınız yer Süleyman Demirel Havaalanıdır. Bir az irəlilədikdən sonra Süleyman Demirel adına Organize Sanayi Bölgesi. Hələ şəhər mərkəzinə çatmamış isə Süleyman Demirel Universitesi qarşına çıxır. Kampüsün içində də Süleyman Demirelin heykəli. Bu arada ən böyük prospekrin adı da Süleyman demireldi. Daha sonra mərkəzdə də Süleyman Demirel heykəli var bir dənə.

Nə isə. Maraqlısı orasıdır ki, Süleyman Dəmirəl Universitesi Konukevinə getməli idim🙂
İndiyə qədər düşünürdüm ki, sadəcə Bakıda görə bilərdim bu cür vəziyyəti amma sağolsun Süleyman Demirel və yerliləri. Bu düşüncələrimin üstündən xətt çəkdilər.

Dərd bununla da bitmirdi. Bəlkə sadəcə bunlar olsaydı yenə də Bakıya oxşatmazdım bu şəhəri amma insanları da görüncə, dedim ki, yox, bu şəhər həqiqətən də Bakıya oxşayır.

Bir qadınla bir kişi yanaşı gəzirsə vəssalam demək ki, sevgilidirlər və ya ən azından birinin o birisindən xoşu gəlir. Bəli sadəcə Azərbaycanda rastlaşacağımı düşündüyüm bu düşüncə ilə də rastlaşdım Ispartada və özümü bir anlıq Bakıda hiss etdim.

Nə isə, hər şey bir yana maraqlı zaman keçirdim Ispartada və Türkiyənin daha bir şəhərini görmüş və tanımış oldum. Özümü Bakıda hiss eləmiş oldum və s.

Bu mahnını əvvəlcə də paylaşmışdım blogda amma yenə də dinləməyə dəyər. Tam Isparta haqqındadır.

P.S. Bakı üçün darıxanlar, Bakıya getmək istəyib gedə bilməyənlər və s. Ispartaya gedə bilər məncə🙂

Etiketlər: , , , ,

2 Cavab to “Bakıya Oxşayan Şəhər…”

  1. Behruz Shukurov Says:

    salam.men Suleyman Demirel Universitetinde oxuyuram. yazdiglarinizi oxudum 1ni cixmag shertiyle qalanlariyla raziyam. kim qol-qola gezirse er arvad ve yaxdudda sevgili olmasi fikriyle razi deyilem qetiyyen.burda qizlarla oglanlar ne hoqqalardan cixir shahidiyem.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: